|
Türkiyənin “Beşiktaş” klubu “Sumqayıt”ın U-12 komandasının oyunçusu Nihad Əhmədzadəni transfer edib.
Axar.az xəbər verir ki, Nihad bundan sonra futbol həyatını “Beşiktaş”ın futbol akademiyasında davam etdirəcək.
Qeyd edək ki, 12 yaşlı Nihad Əhmədzadə oyun texnikasına görə argentinalı ulduz Lionel Messiyə bənzədilir. Onunla daha əvvəl İngiltərənin “Mançestr Yunayted” klubu da maraqlanmışdı.