Futbol üzrə 19 yaşadək qadınlardan ibarət yığma komandalar arasında Avropa çempionatının 2019/2020-ci mövsümünün seçmə mərhələsinin püşkü atılıb.

Axar.az AFFA-ya istinadla xəbər verir ki, yığmamız Almaniya, Portuqaliya və Albaniya komandaları ilə üçüncü qrupda qərarlaşıb.

Yığmamız gələn il oktyabrın 2-də Portuqaliya, üç gün sonra Almaniya, ayın 8-də isə Albaniya milliləri ilə üz-üzə gələcək.

Bu qrupun oyunları Portuqaliyada keçiriləcək.

Xəbər lenti