|
Bu gün İran çempionatında Təbrizin şanlı “Traktor” komandası Tehran təmsilçisi “Persepolis”in qonağı olub.
Axar.az Publika.az-a istinadla xəbər verir ki, Bakı vaxtilə saat 15:30-da “Azadi” stadionunda başlayan matç qolsuz heç-heçə ilə başa çatıb.
Bütün matçlarda olduğu kimi, bu derbidə də Təbriz komandasının azarkeşləri stadionda anşlaqa səbəb olub.
Belə ki, matçın başlamasına 2 saatdan çox vaxt qalmasına rəğmən, artıq azərbaycanlı azarkeşlər “Traktor” tərəfdarları üçün ayrılmış tribundakı yerlərini doldurublar.
Qeyd edək ki, İran liqasının turnir cədvəlində “Traktor” 23 xalla 3-cü, “Persepolis” isə 21 xalla 4-cü yerdə qərarlaşıb.