Bu gün Topaz Premyer Liqasının 12-ci turunda "Səbail" və "Neftçi" klubları üz-üzə gəlib.

Axar.az xəbər verir ki, matç "Neftçi"nin 2-0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları Baqali Dabo (41) və Emin Mahmudov (53) vurub.

Bu hesabla lider "Neftçi" ən yaxın izləyicisi "Qarabağ"la xal fərqini 5-ə çatdırıb.

Günün digər oyununda isə "Zirə" "Sumqayıt"ı qəbul edir.

Xəbər lenti