|
01:18
Noyabrın 28-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turuna iki oyunla start verilib.
Axar.az xəbər verir ki, Rusiyanın “Lokomotiv” klubu Moskvada Türkiyə təmsilçisi “Qalatasaray”ı qəbul edib və 2:0 hesabı ilə qələbə qazanıb. Meydan sahiblərinin heyətində Donk (öz qapısına) və İqnatyev fərqləniblər.
Bununla da İstanbul klubu pley-offa yüksəlmək şansını itirib. Hesabında 4 xal olan “Qalatasaray” ikinci pillədə qərarlaşan “Şalke”dən 4 xal geri qalır.
***
Çempionlar Liqasının qrup mərhələsinin V turunun digər matçlarının nəticələri aşağıdakı kimi yekunlaşıb:
"Atletiko Madrid" 2-0 "Monako"
"Borussiya Dortmund" 0-0 "Brüqqe"
"Porto" 3-1 "Şalke"
"Napoli" 3-1 "Srvena Zvezda"
PSJ 2-1 "Liverpul"
PSV 1-2 "Barselona"
"Totenxem" 1 -0 "İnter"