Çox üzücü məğlubiyyət oldu. Bu gün rəqibin gücünü tam bildik. Bəlkə də ən yaxşı oyunlarından birini keçirdilər. Belə komandalara qarşı yaxşı oynamaq istəyirik. Amma bəzən buna imkan vermirlər. Çox sürətli oynayırlar. Yaxşı danışacaq bir şey yoxdur. Hər şey bu gün bizim tam gücümüzü və rəqibin nə qədər üstün olduğunu göstərdi.

Report xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə Portuqaliya "Sportinq"inə 1:6 hesabı ilə uduzduqları Avropa Liqasının qrup mərhələsinin V tur matçından sonra mətbuat konfransında deyib.

Daha sonra 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...

- Oyundan razı qaldınız?

- Əlbəttə ki, xeyr.

- Hansı mövqedən və ya futbolçudan ən çox narazı qaldınız?

- Mövqe dedikdə, hərtərəfli bizdən üstün idilər. Hər hansı bir mövqedə yaxşı oynadığımızı desəm, düzgün olmaz. “Sportinq” Portuqaliyanın ən yaxşı uşaq futboluna malikdir. Avropa çempionu olduqları ildə 12-14 futbolçu “Sportinq” məktəbinin yetirməsi olub. Onların oyun fəlsəfəsi, futbolçu seçimi yuxarı səviyyədədir. Hamı bu gün onların gücünü, sürətini gördü. Ümumiyyətlə, Avropa futbolu hələ bundan da yuxarı səviyyədədir. Özümüzü aldatmayaq, bütün komponentlərdə zəifik. Sadəcə, çox oyunlarda xarakter göstərmişik, bir az bəxtimiz gətirib. Rəqib belə oynadıqda isə özünü narahat hiss edirsən, səhvlər edirsən. Belə komandalar isə səhvləri bağışlamır.

- Dediniz ki, bu oyun real gücümüzü göstərdi. Kosovo ilə matçda da eyni cümləni işlətmişdiniz. İnkişaf etməyimiz üçün beyninizdə planlar varmı ki, “Sportinq” kimi komandalara böyük hesabla uduzmayaq?

- Bəli, belə bir söz Kosovo ilə görüşdən sonra da işlətmişdim. Həqiqəti deyirəm, hər şeyə real baxmalıyıq. Bu gün inkişaf barədə düşünsək, sıfırdan başlamalıyıq. Bu cür böyük klubların, onların çempionatının hansı səviyyədə olduğunu hamımız görürük. Onlar bizdən qat-qat yüksəkdədirlər. Kiçik futbol ölkəsi kimi, belə görüşlərdə təcrübə qazanırıq. Futbolçularımız belə rəqiblərin səviyyəsini canlı görəndə, öz üzərilərində daha çox çalışmalıdırlar. Hətta eyni səviyyəli komandaların oyununda da belə hesablar olur. Məsələn, Premyer Liqada, La Liqada bunları müşahidə etmişik. Məni ən çox üzən Bakıda belə hesabla uduzmaqdır. Ümumiyyətlə, Bakıda bütün matçlarda qalib gəlmək istəyirəm. Amma reallıq da budur. Böyük inkişaf olmalıdır ki, gələcəkdə belə rəqiblərlə mübarizə apara bilək. Hər halda, yaxşı oyunlarımız da az olmayıb. Güclü rəqiblərlə mübarizə aparmağı bacarmışıq. Amma Avropada futbol çox sürətlə inkişaf edir.

- Futbolçular meydana Qarabağ müharibəsində şəhid olmuş insanların övladları ilə çıxmışdılar. Bu, böyük motivasiya olmalı idi. Amma bunu görə bilmədik...

- Qolların çoxunu səhvdən buraxdıq. Xüsusən də ikinci qolu bu cür buraxmamalıydıq. Deməzdim ki, motivasiyaları yox idi. Qol buraxdıqdan dərhal sonra qol vurduq. Rəqib qapısı qarşısında imkanlarımız oldu. İlk hissədə hücum planında pis deyildik, hücumlarımız alınırdı. Daha artığını etmək olardı. Amma rəqib topla həddən artıq yaxşı oynadı. Başqa cür oyun planlaşdırmışdıq ki, topla daha çox oynayaq. Amma yeni baş məşqçi amili də rəqibin oyununa təsir etdi. Deməzdim ki, uşaqlar oynamaq istəmirdilər. Hər halda, hansı uşaqlarla meydana çıxdıqlarını düşünürdülər.

25 Noyabr 2024 "Qarabağ" ölkə çempionatları tarixinin rekordunu təkrarlayıb
22 Noyabr 2024 Fernandu Santuş Rövşən Nəcəfin görüşünə gedir: İstefaya göndərilir - DETALLAR
20 Noyabr 2024 Ronaldo "Fənərbaxça"ya gəlir? - FOTO
20 Noyabr 2024 "Barselona"dan Laportanın Bakı səfəri ilə bağlı paylaşım - Video
20 Noyabr 2024 Mahir Emreli göz yaşlarını saxlaya bilmədi - Video
19 Noyabr 2024 UEFA Millətlər Liqası: Qrup mərhələsinə bu gün yekun vurulacaq
18 Noyabr 2024 “Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi– Ronaldinyo haqqında bilmədikləriniz - Video
16 Noyabr 2024 Mayk Tayson Cek Paul yarışı başa çatdı - Qalib isə... FOTO
16 Noyabr 2024 UEFA Millətlər Liqası: Azərbaycan yığması Qəbələdə Estoniyanı qəbul edəcək
15 Noyabr 2024 "Barselona" prezidenti COP29 üçün Bakıya gəlir
15 Noyabr 2024 Messi bu tarixdə Azərbaycana gəlir
14 Noyabr 2024 AFFA prezidenti Ronaldinyo ilə görüşdü
14 Noyabr 2024 Bu gedişlə Kadini unutduracaq - “Qarabağ”ın yeni adamı
13 Noyabr 2024 Prezidentin nəvəsi Ronaldinyo ilə bir arada - Foto
13 Noyabr 2024 Ronaldinyo paylaşımında Bakı haqqında nə demişdi? - Video
31 Oktyabr 2024 Xanım boksçumuzdan tarixi uğur
30 Oktyabr 2024 Qara Qarayevin yeni klubu bəlli oldu - Baş məşqçi AÇIQLADI
29 Oktyabr 2024 Lionel Messi "Qızıl top" mükafatlandırma mərasiminin nəticələrini şərh edib
24 Oktyabr 2024 UEFA Avropa Liqası: "Qarabağ" bu gün "Ayaks"la qarşılaşacaq
22 Oktyabr 2024 UEFA Çempionlar Liqası: Liqa mərhələsində III tura bu gün start veriləcək

Xəbər lenti