18:49

Topaz Premyer Liqasının 13-cü turunda keçirilən “Qəbələ” - “Zirə” matçı hesab 0-0 ikən yarımçıq dayandırılıb.

Axar.az xəbər verir ki, görüşün baş hakimi Vüqar Həsənli matçın 57-ci dəqiqəsində Qəbələ şəhər stadionundakı dumana görə oyunun dayandırılması barədə qərar qəbul edib.

Bundan sonra futbolçular paltardəyişmə otağına yollanıblar.

***

"Qəbələ" - "Zirə" matçı qatı duman səbəbindən təxirə salınıb. Görüş sabah 13:00-da qaldığı yerdən - 57-ci dəqiqədən davam edəcək.

Xəbər lenti