|
Qurban Qurbanov Azərbaycanın futbol üzrə milli komandası ilə yollarını ayırıb.
Report-un xəbərinə görə, bu barədə o, özü məlumat verib.
"Aşağı yaş qrupları üzrə bütün komandaların baş məşqçiləri isə istefaya gedəcək. Biz sıfırdan başlamalıyıq. Futbolumuzda çatışmayan cəhət yoxdur. Biz 6 illik plan verməmişdik. Bu işləri hissə-hissə görməliyik. Ola bilsin, üzərimdən böyük yük qalxdı. Mən milli ilə klubları bir-birindən ayırmadım. Öz işimi vicdanla gördüm. Rahatam", - millinin sabiq baş məşqçisi vurğulayıb.