Moskvada iki azərbaycanlı boksçunun iştirak etdiyi "boks gecəsi" keçirilib.

Axar.az xəbər verir ki, 75 kq çəkidə azərbaycanlı Hidayət Musayev Rusiyanın Barnaul şəhərini təmsil edən erməni Karen Avestisyanla qarşılaşıb.

8 raundluq döyüşdən sonra Musayev arbitrlərin hamısının səsini alaraq, qalib elan olunub.

Bu, H.Musayevin 4 boks gecəsində 4-cü qələbəsi olub.

Gecənin növbəti döyüşündə azərbaycanlı idmançı Kənan Hüseynəliyev (60 kq) filippinli rəqibinə qalib gəlib.

  • Facebook 
  •  
  •  
  •  

Xəbər lenti