Qazaxıstanın “Astana” klubunun rəsmi saytında 2018-ci ilin ən yaxşı transferini müəyyənləşdirmək üçün onlayn səsvermə keçirilib.

Axar.az xəbər verir ki, sorğuda 4641 nəfər səs verib. 2017-2018-ci il mövsümündə “Qarabağ” klubunda çıxış edən Pedro Enrike sorğuda iştirak edənlərin 50 faizindən çoxunun səsini toplayaraq birinci olub.

Sorğuda respondentlər “Astana” komandasının 2018-ci ilin yayında transfer etdiyi beş legionerə - müdafiəçi Antonio Rukavinə, yarımmüdafiəçilər Riçard Almeydaya və Pedro Enrikeyə, hücumçular Rangelo Yanqa və Junior Kabananqaya səs veriblər.

Braziliyalı futbolçu Pedro Enrike Qazaxıstan çempionunun heyətində 19 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə verib.

Xəbər lenti