|
2017-ci ildə dünya rekorduna imza atan azərbaycanlı pauerliftinqçi, idman ustası Zərifə Hüseynova daha böyük nəticəyə imza atmaq niyyətindədir.
Bu barədə Axar.az-a idmançı özü məlumat verib.
“2017-ci ildə Azərbaycan birinciliyində iştirak etdim. Həmin il çempion oldum və ölkə rekordunun əsasını qoydum”, - idmançı bildirib.
Qeyd edək ki, Zərifə Hüseynova ştanqla oturub-qalxma üzrə (190 kq) Azərbaycan rekordunun əsasını qoyub.
Hüseynovanın sözlərinə görə, Rusiyada dünyanın ən güclü idmançılarının qatıldığı çempionatda iştirak edib. Elə həmin çempionatda da Zərifə 418 kq ümumi çəki ilə Moskvada dünya rekordunun əsasını qoyur.
“Bu gün mən yeni dünya rekordu müəyyənləşdirmək üçün məşq edirəm. Bilirəm ki, öz nəticəmi yaxşılaşdıra bilərəm. Uzun müddət əlçatmaz qalacaq ağlasığmaz rekorda imza atmaq istəyirəm”, - idmançımız bildirib.