Mənim üçün heç bir şey dəyişməyib. Bura mənim evim, ailəmdir.

Axar.az xəbər verir ki, bunu "Qarabağ"a icarə əsasında qayıdan Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda bildirib.

"Burada hamını tanıyıram. Gəlmişəm ki, komandamla birgə uğurlar qazanım və "Qarabağ"ın bir parçası olum. Azarkeşlərə də göstərdikləri sevgiyə görə təşəkkür edirəm. Əmin olsunlar ki, komandamız üçün ən yaxşısını etməyə çalışacağam", - Almeyda qeyd edib.

Xəbər lenti