![]() |
|
Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" bu gün ilk yoxlama oyununu keçirəcək.
Axar.az xəbər verir ki, Ağdam təmsilçisi Macarıstanın "Uypeşt" klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, "Qarabağ" əslində Antalyada ilk yoxlama oyununu yanvarın 12-də Rumıniyanın "Botoşani" klubuna qarşı keçirməli olsa da, güclü yağış səbəbindən matç ləğv olunmuşdu. "Uypeşt" ötən il Avropa Liqasının ilk mərhələsində "Neftçi"ni iki oyunun nəticəsinə əsasən, mübarizədən kənarlaşdırmışdı.