![]() |
|
19:22
Yanvarın 19-da Bakının “Sabah” futbol klubu Antalyada növbəti yoxlama oyununu keçirib.
Axar.az xəbər verir ki, Macarıstanın MTK komandası ilə qarşılaşan “Sabah” 3:1 hesabı ilə qalib gəlib.
Bakı təmsilçisinin heyətində Vadim Abdullayev, Marko Deviç və Cavid İmamverdiyev fərqləniblər.
Daha əvvəl Türkiyənin “Eskişehirspor” komandasına 1:0 hesabı ilə qalib gələn Elşad Əhmədovun yetirmələri Qazaxıstan “Tobol”u ilə heç-heçə ediblər – 2:2.
***
“Qarabağ” da bu gün ikinci yoxlama matçına çıxıb.
Qurban Qurbanovun komandası Çexiyanın yüksək liqa təmsilçisi “Bohemians” klubu ilə qarşılaşıb. Görüş Ağdam klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Təmsilçimizin qollarına Ozobiç, Gerye və Slavçev imza atıb.