![]() |
|
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Neftçi" klubu 20 Yanvar qurbanlarını anıb.
Axar.az xəbər verir ki, klub prezidenti Kamran Quliyev məşqdən əvvəl futbolçulara 20 Yanvar hadisələrindən söhbət açıb və Azərbaycan xalqının bu qəhrəmanlıq salnaməsi ilə bağlı bilgilərini bölüşüb.
Daha sonra Qanlı Yanvar şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.