|
Fransanın paytaxtı Parisdə keçirilən “Böyük dəbilqə” turnirində cüdo komandamız 1 gümüş və bir bürünc medal qazanıb.
Axar.az xəbər verir ki, 11 kişi və 6 qadın cüdoçu ilə təmsil olunan komandamızın aktivinə gümüş medalı İrina Kindzerska yazdırıb. Birinci mərhələdə kamerunlu Vanessa Mballa və rusiyalı Ksenya Çibisova üzərində qələbə qazanan cüdoçumuz yarımfinalda yaponiyalı Akira Soneni məğlub edib. Qızıl medal uğrunda yarışda kubalı İdalis Ortisə uduzub.
Bürünc medalı isə +100 kiloqram çəki dərəcəsində Uşangi Kokauri qazanıb. Tatami ustamız döyüşdə İsrail təmsilçisi Ora Sasonu məğlub edib.