Bayram günlərində 100 mindən çox sərnişin avtovağzaldan istifadə edib
Biletləri avtovağzala gəlmədən avtovagzal.az saytı və ya mobil tətbiq vasitəsilə də əldə edə bilərsiniz

Bayram ərəfəsində və bayram günlərində ümumilikdə 100 mindən çox sərnişin şəhərlərarası və beynəlxalq istiqamətlərə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola salındı. Bunu Bakı Beynəlxaq Avtovağzal Kompleksinin rəsmisi Pərvin Məmmədova deyib. O bildirib ki, sərnişin axını ən çox 30 dekabr və 2 yanvar tarixlərində müşahidə olunub. "Qeyd olunan tarixlərdə bir gün ərzində 17 mindən çox sərnişin biletlə təmin olunub. Ən sevindirici hal isə istər "Məlumat Mərkəzi"nə, istərsə də Facebook ünvanımıza daxil olan müraciətlər arasında şikayət qeydə alınmaması oldu. Yarana biləcək hər hansı neqativ halla bağlı hər gün saat 07:00-dan 23:30-a qədər (012) 406-01-58/59 nömrəli "Məlumat Mərkəzi"nə zəng edə bilərsiniz. Eyni zamanda facebook və info@avtovagzal.az email ünvanı üzərindən də yazıb göndərə bilərsiniz. Vacib bir məqamı da xatırlatmaq istəyirəm ki, xüsusən bayram günlərində biletləri reysin yola düşməsinə bir neçə saat qalmış almağınızı tövsiyyə edirik. Biletləri avtovağzala gəlmədən avtovagzal.az saytı və ya mobil tətbiq vasitəsilə də əldə edə bilərsiniz."
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
18 Aprel 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı
12 Aprel 2025 Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Son görüntülər
11 Aprel 2025 İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək
10 Aprel 2025 Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir açıqlama
08 Aprel 2025 Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
07 Aprel 2025 “Dərnəgül” elektrik deposunun inşasına başlanılıb
07 Aprel 2025 Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 Aprel 2025 Kərə yağı bahalaşdı - AÇIQLAMA
05 Aprel 2025 Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri
04 Aprel 2025 Müasir və rahat “Stadler” FLIRT qatarı Bakı-Qəbələ-Bakı marşrutunda!
04 Aprel 2025 ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?
03 Aprel 2025 Kirayə mənzillərin satışa çıxarılması əmlak bazarında qiymətləri qaldırır?
02 Aprel 2025 ADY Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırdı
01 Aprel 2025 Türkiyə və Azərbaycanın Yeni Dəmir Yolu Körpüsü: Qars-İğdır-Naxçıvan Xətti İlə 85 Dəqiqəyə Birlik
01 Aprel 2025 ADY bir sıra stansiyalarda yeniliklər etdi: Daha çox turniket, daha az növbə
31 Mart 2025 Qızılın qiyməti yenidən tarixi maksimumu yeniləyib

Xəbər lenti