“İctimai nəqliyyatda nağdsız ödənişlərdən istifadə mühüm iqtisadi əhəmiyyətə malikdir”
Vüqar Bayramov: “Bu, dövlət büdcəsinə daha çox vəsaitin cəlb edilməsinə imkan yaradır”

2019-cu ildə ölkəmizin nəqliyyat infrastrukturunda ciddi yeniliklərin baş verdiyi, bir sıra nəqliyyat mübadilə mərkəzinin istifadəyə verildiyi, kart sisteminə keçidin genişləndirildiyi, avtobus parkının əsaslı dərəcədə yeniləndiyi və s. hər kəsə bəlli olan faktlar sırasındadır. Bəs mütəxəssislər baş verənləri iqtisadi aspektdən necə dəyərləndirir? Nəqliyyat sektorunda həyata keçirilən dəyişikiklər, Bakı Nəqliyyat Agentliyinin gerçəkləşdirdiyi layihələr ölkə iqtisadiyyatına konkret olaraq nə qazandırır?

Moderator.az-a açıqlama verən iqtisadçı alim Vüqar Bayramov ötən il bu sahədə görülən işlərin mühüm əhəmiyyətə malik olduğunu vurğuladı: “İctimai nəqliyyat sektorunda infrastrukturun genişləndirilməsi, avtobus parkının yeniləşməsi vacib idi. Etiraf etməliyik ki, son illər biz həm nəqliyyat infrastrukturunun inkişafını, həm də yeni avtobus və xidmət standartlarının tətbiqini müşahidə edirik. Əvvəlki illərdə ictimai nəqliyyatla bağlı əsas problemlərdən biri həm avtobusların köhnə olması, həm nəqliyyatda xidmət səviyyəsinin aşağı olması, həm də ictimai nəqliyyatda yalnız nağd ödənişlərdən istifadə ilə bağlı idi. Son illər praktiki olaraq bu sahəyə daha çox sərmayənin yönəldilməsi həm infrastrukturun təkmiləşməsinə imkan yaratdı, həm də yeni avtobusların alınması, onlardan istifadə ictimai nəqliyyatda xidmət səviyəsinin artırılmasına səbəb oldu.

İctimai nəqliyyatda inkişaf ümumdaxili məhsul artımı baxımından da vacibdir. İnkişaf etmiş ölkələrdə həm tıxacların azaldılmasının iqtisadiyyata təsiri, həm də ictimai nəqliyyatda xidmət səviyyəsinin təkmilləşməsi və genişlənməsinin, nağdsız ödənişlərdən istifadənin  genişlənməsinin büdcə gəlirlərinin formalaşmasına birbaşa təsiri var.

 

Bakıda da nağdsız hesablaşmalardan istifadə genişlənməkdədir. Nağdsız hesablaşmalardan istifadənin genişlənməsi dövriyyənin leqallaşmasına imkan yaradır. Bu isə büdcəyə daha çox vəsaitin cəlb edilməsinə zəmin formalaşdırır. Bu, imkan verir ki, dövlət büdcəsinə ictimai nəqliyyatın dövriyyəsindən daha çox vəsait cəlb edilsin. İnfrastruktutun inkişafının ümumdaxili məhsula, yəni bütövlükdə iqtisadiyyata təsiri var.

Avtobus parkının yenilənməsi, yeni xidmətlərdən istifadə xüsusilə Bakı şəhəri üçün mühüm əhəminiyyətə malikdir və bu, büdcə gəlirlərinin artmasına birbaşa təsir göstərir”.

18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
18 Aprel 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı
12 Aprel 2025 Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Son görüntülər
11 Aprel 2025 İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək
10 Aprel 2025 Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir açıqlama
08 Aprel 2025 Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
07 Aprel 2025 “Dərnəgül” elektrik deposunun inşasına başlanılıb
07 Aprel 2025 Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 Aprel 2025 Kərə yağı bahalaşdı - AÇIQLAMA
05 Aprel 2025 Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri
04 Aprel 2025 Müasir və rahat “Stadler” FLIRT qatarı Bakı-Qəbələ-Bakı marşrutunda!
04 Aprel 2025 ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?
03 Aprel 2025 Kirayə mənzillərin satışa çıxarılması əmlak bazarında qiymətləri qaldırır?
02 Aprel 2025 ADY Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırdı
01 Aprel 2025 Türkiyə və Azərbaycanın Yeni Dəmir Yolu Körpüsü: Qars-İğdır-Naxçıvan Xətti İlə 85 Dəqiqəyə Birlik
01 Aprel 2025 ADY bir sıra stansiyalarda yeniliklər etdi: Daha çox turniket, daha az növbə
31 Mart 2025 Qızılın qiyməti yenidən tarixi maksimumu yeniləyib

Xəbər lenti