İcra Hakimiyyəti: “Təmirə ehtiyacı olan yollar barədə tədbirlər görüləcək”
AAYDA tərəfindən bizdən asfaltsız yolların siyahısı tələb olunan zaman siyahını onlara təqdim edirik

“Bir küçəyə asfalt örtüyü çəkiləndə 15 küçənin sakinləri ayağa qalxırlar ki, bizim küçəyə də asfalt çəkilsin”.

Yol-xeber.az xəbər verir ki, bu barədə Oxu.Az-a Xəzər Rayon İcra Hakimiyyətinin İqtisadiyyat şöbəsindən Binə qəsəbəsi sakinlərinin yolların vəziyyəti ilə bağlı şikayətinə cavab olaraq məlumat verilib.

İcra Hakimiyyətinin (İH) İqtisadiyyat şöbəsinin özünü təqdim etmək istəməyən xanım nümayəndəsi İcra Hakimiyyəti tərəfindən yol çəkilmədiyini və yolların asfaltlanmasının Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən həyata keçirildiyini dedi.

 

Şikayətin Binə qəsəbəsində “türmənin arxası” kimi tanınan ərazinin yollarından olduğunu və israrla qəsəbədaxili küçə və yolların icra strukturlarının nəzarətində saxlanıldığını diqqətə çatdırdıqdan sonra İH-nin xanım nümayəndəsi sözügedən ərazi ilə bağlı sakinlərin şikayətinə baxılacağını bildirib:

“Bir küçəyə yol çəkiləndə digər küçədə yaşayan sakinlər də müraciət edirlər ki, onların da yollarına asfalt örtüyü çəkilsin. Təbii ki, bütün yollara eyni anda asfalt çəkilə bilməz. Bu işlər mərhələli şəkildə aparılır. Sakinlər tərəfindən həmin yolların vəziyyəti ilə bağlı şikayətlər gəlib. Bizim vətəndaş müraciətləri ilə bağlı bazamız var. Bütün şikayətlər əsasında ərazilərə baxış keçirilib və məlumatlar bazaya daxil edilib.

Yolların vəziyyətini nəzərə alaraq, ardıcıllıq təyin edilib. AAYDA tərəfindən bizdən asfaltsız yolların siyahısı tələb olunan zaman siyahını onlara təqdim edirik. Biz də istəyirik ki, sakinlər qəsəbədaxili küçə və yollarda rahat hərəkət etsinlər. Mərhələli şəkildə rayon ərazisinə daxil olan 7 qəsəbənin hər birində təmirə ehtiyacı olan yollar barədə tədbirlər görüləcək”.

18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
18 Aprel 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı
12 Aprel 2025 Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Son görüntülər
11 Aprel 2025 İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək
10 Aprel 2025 Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir açıqlama
08 Aprel 2025 Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
07 Aprel 2025 “Dərnəgül” elektrik deposunun inşasına başlanılıb
07 Aprel 2025 Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 Aprel 2025 Kərə yağı bahalaşdı - AÇIQLAMA
05 Aprel 2025 Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri
04 Aprel 2025 Müasir və rahat “Stadler” FLIRT qatarı Bakı-Qəbələ-Bakı marşrutunda!
04 Aprel 2025 ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?
03 Aprel 2025 Kirayə mənzillərin satışa çıxarılması əmlak bazarında qiymətləri qaldırır?
02 Aprel 2025 ADY Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırdı
01 Aprel 2025 Türkiyə və Azərbaycanın Yeni Dəmir Yolu Körpüsü: Qars-İğdır-Naxçıvan Xətti İlə 85 Dəqiqəyə Birlik
01 Aprel 2025 ADY bir sıra stansiyalarda yeniliklər etdi: Daha çox turniket, daha az növbə
31 Mart 2025 Qızılın qiyməti yenidən tarixi maksimumu yeniləyib

Xəbər lenti