|
Bu ilin yanvar ayında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 63,1 mln manatlıq məhsul istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 89,8%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 72,8% artıb.
Yanvar ayında 192 ədəd minik avtomobili istehsal olunub ki, bu da 2019-cu ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 2,2 dəfə çoxdur. Bu ilin fevralın 1-nə ölkədə 134 ədəd hazır məhsul istehsalı yaranıb. Orta hesabla Azərbaycanda gündəlik olaraq 6,4 ədəd avtomobil istehsal edilir.
Yanvar ayında ölkədə traktor istehsalının rəqəmləri verilməyib. Amma bununla belə, fevral ayının 1-nə ölkədə 286 ədəd hazır məhsul istehsalı yaranıb.
Hesabat dövründə ştanqlı quyu nasoslarının istehsalı 91,3%, mancanaq dəzgahlarının istehsalı 2,5 dəfə artıb.