Ekspert: "Azərbaycan Dəmir Yolları"nın İtaliya şirkəti ilə əməkdaşlığı tranzit yüklərin həcmini artıracaq"
Azərbaycanda dəmir yolu sistemi beynəlxalq standartlara uyğun olaraq formalaşıb

Ekspert: "Azərbaycan Dəmir Yolları"nın İtaliya şirkəti ilə əməkdaşlığı tranzit yüklərin həcmini artıracaq"

“Azərbaycan Dəmir Yolları” QSC-nin İtaliyanın “I.M.A. Project Financing S.R.L.” şirkəti ilə bağladığı müqavilə Azərbaycan ərazisi ilə daşınan beynəlxalq yüklərin həcmini artıracaq".

Bunu "Report"a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov müqavilənin əhəmiyyətini şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan İtaliya ilə təkcə neft deyil, həm də qeyri-neft sektorunda əməkdaşlıqda maraqlıdır: “Çünki İtaliya bir sıra sahələrdə, o cümlədən texnologiyalar üzrə müqayisəli üstünlüyə malikdir. Bu ölkədə dəmir yolu nəqliyyatı daxil olmaqla, logistik və nəqliyyat xidmətləri kifayət qədər inkişaf edib. Bu baxımdan Azərbaycan və İtaliya şirkətləri arasında dəmir yolu maşınlarının (drezinlərin) və iş avadanlığının satın alınması barədə müqavilə İtaliya texnologiyasının, innovasiyasının Azərbaycanın dəmir yollarına ötürülməsi deməkdir. Yəni, İtaliya təcrübəsi əsasında dəmir yolu təsərrüfatının, parkının yenilənməsi nəzərdə tutulur, bu isə dolayısı ilə ölkəmizin ərazisi ilə daşınan beynəlxalq yüklərin həcminin artmasına xidmət edir".

V.Bayramov qeyd edib ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti istifadəyə verildikdən sonra regionda yükdaşımalar üçün əhəmiyyətli nəqliyyat növlərindən birinə çevrilib: “İtaliya həm də  Azərbaycanla logistik sahədə əməkdaşlığı gücləndirmək, Azərbaycan üzərindən beynəlxalq yükdaşımaların həcmini artırmaq niyyətindədir. Azərbaycanda dəmir yolu sisteminin beynəlxalq standartlara uyğun olaraq formalaşması buna imkan verir və ölkəmizin yükdaşımalardan daha çox gəlir əldə etməsinə gətirib çıxa bilər".

Xatırladaq ki, bu günlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin İtaliyaya rəsmi səfəri baş tutub. Səfər çərçivəsində Azərbaycan-İtaliya sənədləri mübadilə edilib. Bunlardan birini də “Azərbaycan Dəmir Yolları”nın sədri Cavid Qurbanov və İtaliyanın “I.M.A. Project Financing” şirkətinin baş icraçı direktoru Rikkardo Paoncelli həyata keçirib.

2019-cu ildə Azərbaycanda dəmir yolu ilə yükdaşımalar 2018-ci ilə nisbətən 9,1%, o cümlədən BTQ ilə daşımalar 42% artıb.

18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
18 Aprel 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı
12 Aprel 2025 Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Son görüntülər
11 Aprel 2025 İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək
10 Aprel 2025 Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir açıqlama
08 Aprel 2025 Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
07 Aprel 2025 “Dərnəgül” elektrik deposunun inşasına başlanılıb
07 Aprel 2025 Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 Aprel 2025 Kərə yağı bahalaşdı - AÇIQLAMA
05 Aprel 2025 Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri
04 Aprel 2025 Müasir və rahat “Stadler” FLIRT qatarı Bakı-Qəbələ-Bakı marşrutunda!
04 Aprel 2025 ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?
03 Aprel 2025 Kirayə mənzillərin satışa çıxarılması əmlak bazarında qiymətləri qaldırır?
02 Aprel 2025 ADY Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırdı
01 Aprel 2025 Türkiyə və Azərbaycanın Yeni Dəmir Yolu Körpüsü: Qars-İğdır-Naxçıvan Xətti İlə 85 Dəqiqəyə Birlik
01 Aprel 2025 ADY bir sıra stansiyalarda yeniliklər etdi: Daha çox turniket, daha az növbə
31 Mart 2025 Qızılın qiyməti yenidən tarixi maksimumu yeniləyib

Xəbər lenti