Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və digər dövlətlərin təcrübələrini nəzərə alaraq, koronavirus riskinin yayılması ilə əlaqədar 29 fevral 2020-ci il tarixindən etibarən iki həftəlik müvəqqəti dövr ərzində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar qəbul olunub.

Azərbaycanın iqtisadi tərəfdaşı olan, xüsusilə cənub zonasının bir çox ərzaq ehtiyatlarının təmin olunduğu İranla sərhədlərin bağlanması ölkəmizdə ərzaq təhlükəsizliyini gündəmə gətirir.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin iqtisadçı deputatı Vahid Əhmədov bildirib ki, koronavirus ümumilikdə dünya iqtisadiyyatına mənfi təsir edir:

“Azərbaycan da bu baxımdan istisna deyil. Gec də olsa İranla sərhədlərimizin bağlanması virusun yayılmasının qarşısını aldı. Bu qərar vaxtında verilsəydi, daha yaxşı olardı, viruslu xəstələr ölkəmizə daxil olmazdı. Amma indiki məqamda bağlanıb və buna görə ərzaq təhlükəsizliyilə bağlı ciddi problem yaşanacağını düşünmürəm”.

İqtisadçı deputat qeyd edib ki, əgər hər hansı ərzaq təhlükəsi ehtimalı olsaydı, cənab Prezident bununla bağlı dərhal addım atardı:

“Ümumiyyətlə, ərzaq təhlükəsizliyi ən ciddi məsələlərdən biridir. Biz də İran və digər dövlətlərdən bir çox ərzaq məhsulları idxal edirik. Amma indiki məqamda Azəraycanda kifayət qədər taxıl, ərzaq ehtiyatları var, mağazalarda da bolluqdur. Bu baxımdan qısamüddətli dövr üçün hansısa problem gözlənilmir. Belə bir təhlükə hiss olunsaydı, cənab Prezident əlahiddə tədbirlərlə bağlı göstəriş verərdi.

Ümid edək ki, koronavirus təhlükəsi tez bir zamanda sovuşacaq. Düşünürəm ki, dünyanın əksər dövlətlərində bu virus yayıldığından sərhədlər nə qədər bağlı qalsa, qorunsa, o qədər yaxşı olar”.

V.Əhmədov möhtəkilərin fürsətdən istifadə edib bahalaşmaya getməsini pisləyib:

“Bizdə bəzi fürsətcillər var ki, xüsusi günlərdə, bayramlarda, yaxud indiki situasiyadakı kimi heç bir iqtisadi əsası olmadan bahalaşmaya gedirlər. Ümid edirəm ki, aidiyyatı qurumlar, hüquq müfahizə orqanları məsələyə diqqəti artıracaqlar. Məndə olan məlumata görə, ölkə başçısının xüsusi tapşırğından sonra dövlət qurumları bahalaşamaya qarşı birgə iş aparır”.

18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
18 Aprel 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı
12 Aprel 2025 Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Son görüntülər
11 Aprel 2025 İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək
10 Aprel 2025 Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir açıqlama
08 Aprel 2025 Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
07 Aprel 2025 “Dərnəgül” elektrik deposunun inşasına başlanılıb
07 Aprel 2025 Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 Aprel 2025 Kərə yağı bahalaşdı - AÇIQLAMA
05 Aprel 2025 Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri
04 Aprel 2025 Müasir və rahat “Stadler” FLIRT qatarı Bakı-Qəbələ-Bakı marşrutunda!
04 Aprel 2025 ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?
03 Aprel 2025 Kirayə mənzillərin satışa çıxarılması əmlak bazarında qiymətləri qaldırır?
02 Aprel 2025 ADY Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırdı
01 Aprel 2025 Türkiyə və Azərbaycanın Yeni Dəmir Yolu Körpüsü: Qars-İğdır-Naxçıvan Xətti İlə 85 Dəqiqəyə Birlik
01 Aprel 2025 ADY bir sıra stansiyalarda yeniliklər etdi: Daha çox turniket, daha az növbə
31 Mart 2025 Qızılın qiyməti yenidən tarixi maksimumu yeniləyib

Xəbər lenti