|
Ukrayna ilə Gürcüstan arasında uçuşlar iyulun 1-də bərpa ediləcək. Bu barədə Ukrayna mediası məlumat yayıb. Bildirilib ki, Ukraynanın SkyUp aviaşirkəti iyulun 1-də Gürcüstan və Albaniyaya, iyulun 15-də isə digər ölkələrə uçuşları bərpa etməyi planlaşdırır.
Məlumatda qeyd olunub ki, uçuşların bərpa edilməsi bütün səyahət qadağalarının götürülməsi anlamına gəlmir. (APA)