Ermənistan ordusu yenə də Azərbaycandan keçən boru kəmərlərini hədəfə götürüb. Belə hərəkətlərdə məntiq axtarmaq əbəsdir. Sadəcə, Azərbaycan iqtisadiyyatına və beynəlxalq nüfuzuna hansısa formada ziyan vurmaq istəmələrini ehtimal etmək olar. Bunlar öz yerində, amma Bakı – Novorossiysk neft kəmərinə də təhdid yaradaraq başlıca iqtisadi və siyasi tərəfdaşları olan Rusiyanın mənafeyinə zərər vurmaları başa düşülən deyil.

Bakı – Novorossiysk neft kəmərini Azərbaycan – Rusiya iqtisadi münasibətlərinin bir növ rəmzi olaraq dəyərləndirmək olar. Hələ 2014-cü ildə bu boru kəmərini gəlirsiz olduğu üçün dövriyyədən çıxartmaq məsələsi gündəmə gəlmişdi. Belə ki, 1996-cı ildə həmin kəmərlə ildə 5 milyon tonadək Azərbaycan neftinin tonu 15,67 ABŞ dollardan hesablamaqla nəqli barədə müqavilə imzalanmışdı. Lakin Rusiya ərazisinə neft nəqlini həyata keçirən “Transneft” dövlət şirkəti bu şərtləri bəyənmədi və tarifləri nəql olunan neftin həcminə görə təyin etmək təklifini irəli sürdü. Bu da SOCAR-a sərf etmirdi, çünki Bakı – Tbilisi – Ceyhan əsas ixrac boru kəmərinin də işə düşməsinə az qalırdı, üstəlik Bakı – Supsa kimi xeyli sərfəli xətt də fəaliyyətdə idi. Belə olan halda 2013-cü ildə Bakı – Novorossiysk kəmərilə neft nəqli müqaviləsi dayandırıldı. Buna baxmayaraq, tərəflər dil tapa bildi, kəmər 2015-ci ilədək işlədi. Yəni bu kəmər iki ölkə arasındakı iqtisadi-ticari əlaqələrini qoruyub saxlamağın mühüm amili, iqtisadi tərəfdaşlığı davam etmək istiqamətindəki qarşılıqlı iradənin rəmzi kimi əhəmiyyət kəsb edirdi.

Bütün bunlarla yanaşı, həmin kəmərdən neft nəqlinin həcmi azalmağa davam edir. Energetika Nazirliyinin məlumatına görə, 2019-cu ildə Bakı – Novorossiysk xəttindən 824,4 min ton, yəni əvvəlki ilə nisbətən 36,5 faiz az neft ixrac olunub. Bu ilin əvvəlindən isə SOCAR bu kəmərdən neft nəqlini dayandıraraq burada təmir-profilaktik işlərin aparılacağını açıqladı. Odur ki, neftin tam həcmi BTC-yə yönəldildi. Novorosiysk xəttinin yenidən işə salındığı iyulun 17-də isə Ermənistan ordusu Tovuz rayonu istiqamətində, yəni Bakı – Supsa və BTC kəmərlərinin keçdiyi ərazilərin bilavasitə yaxınlığında növbəti hərbi təxribata başlamışdı. O vaxtdan Bakı – Novorossiyskdən 278,91 ton neft ixrac olunub.

Son günlər hərb meydanından 300 kilometrdən artıq məsafədə yerləşən Xızı ətrafına belə raket buraxan Ermənistan tərəfi bununla görünür, Azərbaycanın bütün enerji xətlərini istədiyi an vura biləcəyini çatdırmaq istəyib. Lakin bir şeyi unutdular – bütün bu boru kəmərləri beynəlxalq layihələrdir, onların hansısa birini sıradan çıxartmaqla Azərbaycanla yanaşı, bizim neftin müştərisi olan tərəfdaş ölkələrə də mühüm ziyan vurmuş olacaqlar.

“Dünən Ermənistanın atdığı raket Bakı – Novorosiysk boru kəmərinin 250 metrliyində zərərsizləşdirilib. BTC və Cənub Qaz Dəhlizindən sonra, bu, bir çox ölkələrin enerji təhlükəsizliyini təhdid yaratmağa yönələn daha bir cəhddir...” – SOCAR “Twitter” səhifəsində bildirib.

Təbii ki, Ermənistanın bu yöndəki bütün cəhdləri nəticəsiz qalır, tərəfdaşlarımız layihənin icrasından geri çəkilmir, üstəlik etibarlı tərəfdaş kimi uzun müddətdir tanıdıqları Azərbaycanı hərtərəfli dəstəkləməyə davam edirlər. Məsələn, BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regional direktoru Qari Cons Baş Nazir Əli Əsədova yazdığı məktubda Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün apardığımız mübarizəyə dəstək ifadə olunur. “Azərbaycan üçün ayrı əhəmiyyət daşıyan bu dövrdə neft və qazın cari hasilatı və fasiləsiz nəqlini təmin etmək üçün BP işçiləri əlindən gələn səyləri əsirgəmirlər”, – məktubda vurğulanır.

Yəqin ki, Bakı – Novorosiysk kəmərinə zərbə endirməyə davranmaqla Ermənistan nə SOCAR-ı, nə də “Transneft”i qorxuda bilər. Əksinə, Ermənistan bununla dost, tərəfdaş saymadığını, hətta mütəmadi olaraq kömək aldıqları, qanadının altına sığındıqları Rusiyanın belə mənafeyini öz işğalçılıq məqsədlərindən aşağı tutduğunu bir daha əyani göstərmiş oldu.

18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
18 Aprel 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı
12 Aprel 2025 Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Son görüntülər
11 Aprel 2025 İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək
10 Aprel 2025 Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir açıqlama
08 Aprel 2025 Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
07 Aprel 2025 “Dərnəgül” elektrik deposunun inşasına başlanılıb
07 Aprel 2025 Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 Aprel 2025 Kərə yağı bahalaşdı - AÇIQLAMA
05 Aprel 2025 Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri
04 Aprel 2025 Müasir və rahat “Stadler” FLIRT qatarı Bakı-Qəbələ-Bakı marşrutunda!
04 Aprel 2025 ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?
03 Aprel 2025 Kirayə mənzillərin satışa çıxarılması əmlak bazarında qiymətləri qaldırır?
02 Aprel 2025 ADY Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırdı
01 Aprel 2025 Türkiyə və Azərbaycanın Yeni Dəmir Yolu Körpüsü: Qars-İğdır-Naxçıvan Xətti İlə 85 Dəqiqəyə Birlik
01 Aprel 2025 ADY bir sıra stansiyalarda yeniliklər etdi: Daha çox turniket, daha az növbə
31 Mart 2025 Qızılın qiyməti yenidən tarixi maksimumu yeniləyib

Xəbər lenti