|
Rusiya rublu bu gün yenidən ucuzlaşmağa başlayıb.
Axar.az xəbər verir ki, rubl səhər saatlarından etibarən dollar qarşısında 18 qəpik ucuzlaşaraq 67,28 rubla çatıb. Avro isə rubla qarşı 6 qəpik bahalaşaraq 78,01 rubl olub.
Qeyd edək ki, Solsberi insidenti ilə əlaqədar olaraq ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların ilk hissəsi bu gündən qüvvəyə minib. Yeni sanksiyalar paketinə əsasən, ABŞ-ın Rusiya dövlət şirkətlərinə silah tədarükü qadağan ediləcək. Eləcə də Rusiyaya hər cür yardım, kredit və ya hansısa maliyyə dəstəyi verilməsi dayandırılacaq.