Sabiq maliyyə naziri: “ABŞ Rusiyanı o, əlini yerə vurub ”daha bəsdir" deyənə qədər boğmağa çalışacaq"

 

ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları Bakı vaxtı ilə avqustun 27-də saat 07:00-dan qüvvəyə minib. Bu sanksiyalara görə Dövlət Departamenti həmin gündən Rusiyaya mülki aviasiya və kosmik sahədə ixrac istisna olmaqla, silah və ikitəyinatlı məhsulların ixracı üçün lisenziya verməyəcək. Eyni zamanda, təcili humanitar yardım, qida və digər kənd təsərrüfatı məhsullarından başqa, ABŞ-ın Rusiyaya istənilən yardımı dayandırılıb. Moskva ABŞ tərəfinin “istənilən kreditlərindən, kredit zəmanətlərindən və digər maliyyə yardımlarından” məhrum edilib.

Xatırladaq ki, ABŞ hökuməti yeni iqtisadi sanksiyalarla bağlı avqustun 8-də məlumat yaymışdı.

Məlumata görə, Vaşinqton daha da sərt sanksiyalar paketi hazırlamaqdadır. Qüvvəyə minən sanksiyalar humanitar yardımdan əlavə, silah sahəsi, kosmos və aviasiya sahəsini, həmçinin Rusiyanın hüquqi şəxslərinin kreditləşmə aparmasına qadağa qoyur.

Ekspertlər bildirir ki, sözügedən sanksiyaların qüvvəyə minməsi bu yaxınlarda Helsinkidə Donald Tramp-Vladimir Putin görüşünün iki ölkə arasında gərgin münasibətləri qaydasına qoymadığının daha bir sübutudur, artıq ABŞ Rusiyaya iqtisadi müharibə aparır. Vaşinqton bəyan edir ki, məqsəd Kremlin beynəlxalq nizamı təhdid edəcək siyasətinin qarşısını almaqdır. Vaşinqton bununla təkqütblü dünya siyasətini öz əlində saxlamağa çalışır.

Siyasi və iqtisadi ekspertlər onu da bildirirlər ki, Rusiyanın ABŞ-a cavab addımları yetərsizdi. Bundan əlavə, Putin heç də Vaşinqtonun bu sanksiyalar fonunda geri çəkilməyəcək. Baxmayaraq ki, Rusiya iqtisadiyyatı geriləyir, sosial problemlər artır.

Fikrət Yusifov ile ilgili görsel sonucu

Fikrət Yusifov

Sabiq maliyyə naziri Fikrət Yusifov “Yeni Müsavat”a şərhində bildirdi ki, Rusiyaya qarşı tətbiq edilən yeni sanksiyalar Amerika Birləşmiş Ştatlarının bu ölkənin iqtisadiyyatını iflic hala salmaq məqsədilə atılan növbəti addımdır: “Yeni sanksiyalar ABŞ-n 1961-ci ildə qəbul edilmiş xarici yardım haqqındakı qanununa uyğun yardımların dayandırılmasını nəzərdə tutur. Düzdür, bu zaman təcili humanitar yardım, qida və digər kənd təsərrüfatı məhsulları hələlik istisna edilir. ABŞ hər il müxtəlif kanallarla xarici ölkələrə, o cümlədən Rusiyaya milyonlarla dollar həcmində müxtəlif problemlərin həlli ilə bağlı humanitar yardım göstərir. İndi Rusiyaya bu yardımların dayandırılması Rusiya üçün itki deməkdir. Bundan öncə tətbiq edilmiş sanksiyalar nəticəsində şimal qonşumuzda kifayət qədər maliyyə çətinlikləri yaranmışdı. Belə bir durumda müxtəlif təyinatlı yardımların dayandırılması çətin maliyyə vəziyyətini bir qədər də ağırlaşdıracaq. ABŞ-n istədiyi də budur”.

F.Yusifov qeyd etdi ki, Rusiya iqtisadiyyatı bundan daha ciddi bir zərbəni bu ilin noyabr ayından etibarən hüquqi şəxslərin, idxal, ixrac əməliyyatlarının kreditləşdirilməsinin dayandırılmasından sonra alacaq: “Hesab edirəm ki, Birləşmiş Ştatlar yaxın iki il ərzində Rusiya iqtisadiyyatını çökdürmək üçün indiyə qədər tətbiq edilən sanksiyalardan daha kəskin iqtisadi sanksiyalara əl atacaq. Bu yol artıq seçilib. Qaydasız döyüşdə boğma fəndi işlədildiyi zaman boğulan idmançı döyüşün dayandırılmasını əlini yerə vurmaqla işarə edir və bundan sonra oyun dayandırılır, boğma fəndini işlədən tərəf qalib elan edilir. ABŞ Rusiya münasibətlərində də bu gün analoji bir vəziyyət baş verir. ABŞ Rusiyanı o əlini yerə vurub ”daha bəsdir" deyənə qədər boğmağa çalışacaq".

25 Noyabr 2024 ADY COP29 dövründə: Dayanıqlı, təhlükəsiz və rahat
25 Noyabr 2024 Banka borcu olanları SEVİNDİRƏCƏK XƏBƏR
25 Noyabr 2024 Nazirdən iş yerləri ilə bağlı xoş xəbər
25 Noyabr 2024 Balıqların qiyməti bahalaşdı - Ən çox bu balıqlar alınır
23 Noyabr 2024 Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
23 Noyabr 2024 Azərbaycan “Şimal-Cənub” dəhlizinin bir hissəsinin bərpası çərçivəsində ADB ilə kredit sazişi imzalayıb
20 Noyabr 2024 Neftin qiyməti enərsə, hansı.... - Nazirdən açıqlama
20 Noyabr 2024 Bina tikintisi sahəsində vergi ilə bağlı yeni mexanizm olacaq
20 Noyabr 2024 Aİ-92 benzini və dizellə bağlı dəyişiklik
19 Noyabr 2024 Avropanın qaz anbarları sürətlə boşalır: Son 5 ilin ən pis göstəricisi...
19 Noyabr 2024 Benzinin qiyməti ilə bağlı nazirlik rəsmisindən açıqlama
19 Noyabr 2024 Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır
19 Noyabr 2024 Neftdən qeyri neft-qaz sektoruna keçid başlayır
18 Noyabr 2024 Bakı-Ağstafa marşrutuna əlavə reyslər təyin edilir
18 Noyabr 2024 “Zəfər Yolu”nda ağırçəkili nəqliyyat vasitələrinə nəzarət üçün elektron tərəzi quraşdırılır FOTO
15 Noyabr 2024 SOCAR “yaşıl istiqraz" buraxmağa qərar verib
14 Noyabr 2024 Dünya Bankı 10 ildə iqlim maliyyələşdirilməsinə 150 ​​milyard ABŞ dolları ayıracaq
12 Noyabr 2024 Azərbaycanda "Bitcoin"i hardan almaq olar?
12 Noyabr 2024 BMT BA-nın prezidenti: İqlim maliyyələşməsi üçün yeni bir yol müəyyən edə bilərik
07 Noyabr 2024 Bayram günlərində banklar bu qayda ilə işləyəcək – RƏSMİ AÇIQLAMA

Xəbər lenti