|
“Azərbaycanda devalvasiyanın olacağı barədə səsələnən fikirlərin heç bir əsası yoxdur”.
Bunu “Report”a açıqlamasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, indiki halda belə söhbətlər cəfəngiyatdır: “Hamı qələbəyə köklənib. Devalvasiyanın olması xəbərləri boş söhbətlərdir”.