“Son dövrlərdə hidrogen istehsalı texnologiyalarının tətbiqi daha da aktuallaşıb və bir çox nüfuzlu mənbələr tərəfindən hidrogen gələcəyin enerjisi kimi dəyərləndirilir. Hidrogendən geniş istifadənin tətbiqinə qədər, yaxın və orta dövrdə hidrogen və metan qarışığının istifadəsi daha çox perspektivli görünür”.

Bunu “Report”un sorğusuna cavab olaraq Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov deyib.

C.Mikayılovun sözlərinə görə, hazırda Avropada hidrogen qazından istifadənin stimullaşdırılması siyasəti prioritet istiqamətlərdən biri hesab edilir:

“Qeyd olunan tendensiyalar ölkəmizdə də izlənilməkdədir. Qısa müddətli dövr üçün bu istiqamət üzrə proqramın hazırlanması nəzərdə tutulmur”.

Nazirlik sözçüsü qeyd edib ki, Trans Adriatik Boru Kəməri (TAP) vasitəsi ilə hidrogenin ötürülməsi imkanları araşdırılır:

“TAP konsorsiumu Trans-Adriatik Boru Kəməri ilə hidrogen qazının ötürülməsi imkanlarına dair artıq texniki araşdırmalara başlayıb və bu istiqamətdə növbəti ildə ilkin qiymətləndirmənin aparılması planlaşdırılır. Bu araşdırmaların nəticələrindən asılı olaraq daha dəqiq fikirlər demək mümkün olacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevral ayında İtaliya Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın qabaqcıl enerji infrastrukturu şirkətlərindən biri olan İtaliyanın “Snam” şirkəti arasında bərpaolunan qazlar və dayanıqlı enerjidən istifadənin inkişaf etdirilməsi, habelə həmin qazların gələcəkdə Cənub Qaz Dəhlizi və Trans Adriatik Boru Kəməri vasitəsilə nəqli üzrə əməkdaşlıq haqqında saziş imzalanıb. Bu sazişə əsasən hidrogen istehsalı və müvafiq infrastrukturun inkişafı üçün mövcud imkanların araşdırılması da nəzərdə tutulub”.

18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
18 Aprel 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı
12 Aprel 2025 Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Son görüntülər
11 Aprel 2025 İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək
10 Aprel 2025 Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir açıqlama
08 Aprel 2025 Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
07 Aprel 2025 “Dərnəgül” elektrik deposunun inşasına başlanılıb
07 Aprel 2025 Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 Aprel 2025 Kərə yağı bahalaşdı - AÇIQLAMA
05 Aprel 2025 Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri
04 Aprel 2025 Müasir və rahat “Stadler” FLIRT qatarı Bakı-Qəbələ-Bakı marşrutunda!
04 Aprel 2025 ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?
03 Aprel 2025 Kirayə mənzillərin satışa çıxarılması əmlak bazarında qiymətləri qaldırır?
02 Aprel 2025 ADY Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırdı
01 Aprel 2025 Türkiyə və Azərbaycanın Yeni Dəmir Yolu Körpüsü: Qars-İğdır-Naxçıvan Xətti İlə 85 Dəqiqəyə Birlik
01 Aprel 2025 ADY bir sıra stansiyalarda yeniliklər etdi: Daha çox turniket, daha az növbə
31 Mart 2025 Qızılın qiyməti yenidən tarixi maksimumu yeniləyib

Xəbər lenti