|
Bu sözləri "ARB24"-ə daşınmaz əmlak eksperti Ramil Qasımzadə deyib.
Onun sözlərinə görə, qiymətlər o səviyyədədir ki, birbaşa olaraq hər hansı mənzilin dəyərinə bir neçə yüz manat təsir göstərmir:
"2009-cu ildən etibarən müddəti nəzərə alaraq son 11 ildə əmlakın qiymətlərini müqayisəli götürsək, 2 dəfədən artıq qiymətlər artıb. Amma hazırkı tariflər əvvəlki dövrlə müqayisədə eynilə qalıb. Yəni 2009-cu ildə əgər Bakı şəhərində bir otaqlı mənzilin qiyməti təxminən 20 min manat ətrafında idisə, bu gün minimum həmin qiymətlər 45 min manat ətrafındadır".