İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüş keçirilib.

 

Nazirlikdən Axar.az-a verilən məlumata görə, tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan Prezidentinin rəhbərliyi ilə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, yerli istehsalın stimullaşdırılması, rəqabətədavamlı qeyri-neft məhsullarının istehsalı, ixracatçılara yaradılmış əlverişli şərait, "Made in Azerbaijan" brendinin xarici ölkələrdə tanıdılması və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verib.

İstehsalın və ixracın dəstəklənməsi üçün kompleks və ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulayan nazir Şahin Mustafayev Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaradılmasının sahibkarlığın inkişafı, eləcə də şərab istehsalı və ixracının artırılması, ölkəmizin ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Qeyri-neft məhsulları ixracının artırılması istiqamətində özəl bölməyə hərtərəfli dövlət dəstəyi göstərildiyini vurğulayan iqtisadiyyat naziri bu sahədə ixracın təşviqi mexanizminin mühüm rol oynadığını diqqətə çatdırıb. Bildirilib ki, ixrac təşviqinin 45%-ə yaxını üzüm şərabı və digər spirtli içkilərin payına düşür.

Qeyd edilib ki, qeyri-neft ixracının genişləndirilməsi məqsədilə həyata keçirilən ixrac missiyalarında və sərgilərdə Azərbaycan istehsalı olan şərablara böyük maraq göstərilir. İndiyədək Azərbaycan məhsulu olan şərablar 7 ixrac missiyasında və beynəlxalq sərgilərdə 7 vahid ölkə stendində təmsil olunub. Azərbaycanın Belarus, Ukrayna və Latviyada yaradılmış ticarət evlərində yerli şərab məhsullarımız nümayiş olunur. Şərabçılığın inkişafı və təşviqi məqsədi ilə Çinin Şanxay şəhərində, daha sonra isə Pekin və digər şəhərlərdə, eləcə də Rusiyada şərab evlərinin açılması planlaşdırılır.

Tədbirdə Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri şərab istehsalçılarına dəstək mexanizmlərinin və “Made in Azərbaycan” brendinin təşviqi tədbirlərinin sahibkarlara böyük stimul yaratdığını vurğulayıblar. Qeyd olunub ki, Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri bir çox biznes-forumlarda və digər tədbirlərdə iştirak edir, məhsullarını təşviq etmək imkanı qazanır və uğurlu nəticələr əldə edirlər.

Görüşdə “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələr və onların icrası, şərab məhsullarının istehsalı və ixracının artırılması imkanları müzakirə olunub, sahibkarların təklifləri dinlənilib, sualları cavablandırılıb.

30 Yanvar 2025 Bu da Zəngəzur dəhlizinin tuneli - Video
27 Yanvar 2025 AZAL helikopterlərinin satışını dayandırdı
23 Yanvar 2025 Avtomobil bazarı çalxalanır - Yeni inqilabi dəyişikliklər gəlir
22 Yanvar 2025 Bu uşaqlara birdəfəlik pul vəsaiti konkret məbləğdə ödəniləcək
22 Yanvar 2025 Mərkəzi Bank inflyasiya proqnozunu yenilədi
17 Yanvar 2025 Bu ərzaq mallarının qiyməti UCUZLAŞACAQ - SİYAHI
17 Yanvar 2025 Gürcüstanla sərhəd açılıb? - Görüntülər YAYILDI
16 Yanvar 2025 Azərbaycanda avtomobillər bahalaşacaq? - Mart ayına qədər...
11 Yanvar 2025 Bakıda yeni park salınır
10 Yanvar 2025 Yeni tikililərdə mənzillərin qiyməti ucuzlaşacaq – VERGİ AZALDILDI
10 Yanvar 2025 Bakıda artıq altı yeni metro stansiyasının yeri müəyyənləşdirilib
10 Yanvar 2025 Tramvaylar Bakıya qayıdır - Əsas küçələr BƏLLİ OLDU
10 Yanvar 2025 Azərbaycana 100-dən artıq yeni avtobus gətiriləcək
10 Yanvar 2025 Mərkəzi Bankın sədrindən yeni qərar
08 Yanvar 2025 Azərbaycanda yeni kredit qaydaları: Kimlər ala biləcək?
07 Yanvar 2025 Azərbaycanın üç rayonunda bəzi şəxslərə yeni mənzillər veriləcək
07 Yanvar 2025 Xaricdən maşın gətirmək istəyənlər oxusun! - Bu halda gömrük rüsumu ödənilmir
03 Yanvar 2025 Azərbaycan manatının nominal effektiv məzənnəsi artıb
29 Dekabr 2024 Dəmir yolu ilə daşımalarda yeni güzəştlər tətbiq olunacaq
28 Dekabr 2024 Avropada qaz qiymətləri sürətlə bahalaşır

Xəbər lenti