|
Dünya birjalarında neft qiymətləri dəyişib.
ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti 70,38 dollara endikdən sonra 0,29 dollar və ya 0,41% artaraq 70,67 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 68,15 dollara endikdən sonra 0,34 dollar və ya 0,50% artaraq 68,49 dollar olub.