2022-ci il qiymət artımı ilə yadda qaldı... - Bəs 2023-də NƏ OLACAQ...

2022-ci il Azərbaycanın daşınmaz əmlak bazarı üçün stabil qiymət artımı ilə müşahidə olunan bir il kimi yadda qaldı. Bunun həm yerli, həm də beynəlxalq miqyaslı bir sıra iqtisadi və qeyri-iqtisadi səbəbləri var. Bu barədə bizimyol.info xəbər portalına əmlak məsələləri üzrə ekspert, iqtisadçı Abbas Məmmədov danışıb.
Onun sözlərinə görə, post-pandemiya dövründə dünya iqtisadiyyatı sürətlə özünü bərpa etmək istiqaməti götürdü və bir sıra bazarların maliyyə stimullaşdırılması dünya miqyasında ciddi qiymət artımlarına gətirib çıxardı.

Nəticədə qeydə alınan inflyasiya 1970-ci illərdən etirabən özünün pik həddinə çatdı. Bütün bu prosseslər iqtisadi dalğalanmalara ən çevik reaksiya göstərən bazarlardan biri olan daşınmaz əmlak bazarında da ciddi qiymət dəyişikliklərinə və bəzi ölkələrdə böhran öncəsi sayıla biləcək vəziyyət yaratdı.

“Məsələn, hazırda demək olar ki, bütün regionlarda mənzil bazarlarında kirayə qiymətləri rekord həddə yüksəlib. Həmçinin bir çox inkişaf etmiş ölkələrdə "Covid-19" böhranından sonra mənzil qiymətləri də çox kəskin artıb. ABŞ-da 2019-cu ilin dördüncü rübü ilə 2022-ci ilin ikinci rübü arasında 37% artım qeydə alınıb. Eyni dövrdə, müvafiq olaraq 23,8% və 18,6% olmaqla Almaniya və Böyük Britaniyada mühüm qiymət artımları müşahidə edilib. İtaliya (+7,4%) və İspaniyada (+10,8%) artımlar daha məhdud, Fransa (+14,1%) və Yaponiyada (+15%) isə orta həddə olub. Çin, Yeni Zenlandiya, Kanada, ABŞ kimi ölkələrin mənzil bazarlarında vəziyyət heç də ürəkaçan deyil. Nəzərə alsaq ki, 1929-ci Böyük Depressiya və 2008-ci illər dünya maliyyə böhranları məhz mənzil bazarlarından qaynaqlanıb, qarşıdakı təhlükənin nə dərəcədə ciddi olduğu aydındır”-deyə ekspert bildirib.

Abbas Məmmədov qeyd edib ki, Azərbaycan daşınmaz əmlak bazarı dünya daşınmaz əmlak bazarının bir parçası olduğuna görə baş verən bütün bu dəyişiklik və dalğalanmalardan təsirlənir. Belə ki, 2022-ci ilin yanvar ayında verdiyimiz müsahibədə daşınmaz əmlak bazarında qiymət artımlarına dair proqnozlar, xüsusilə yeni tikili mənzil bazarında ciddi qiymət artımı olacağı yönündəki proqnoz özünü doğrultdu.

“Bu bahalaşmanı həm alıcılar, həm satıcılar, həm də digər bazar iştirakçıları təsdiqləyə bilər. Bunun başlıca səbəbi pandemiya sonrası əmlak bazarının bərpası fonunda ölkədə hər ay sürətlənən inflyasiyadır. Bundan əlavə, qlobal miqyasda qiymət artımları, loqistika və daşınma yollarının işləkliyinə mövcud manelər, habelə enerji, tikinti və ərzaq bazarlarında qıtlıq və Rusiya-Ukranya müharibəsi kimi amillər insanlarda infilyasiya və qeyri-stabillik gözləntilərini artırır. İnflyasiya gözləntisi də inflyasiyanı stimullaşdıran əsas faktorlardan biridir. Alıcılar, investorlar və digər bazar iştirakçıları qeyri-stabil iqtisadi vəziyyət və qiymət artımı gözləntiləri yüksək olduğu dövrlərdə ən etibarlı yatırım vasitəsi kimi daşınmaz əmlaka yönəlirlər. Bu da bazar şərtlərində, təbii olaraq, daşınmaz əmlaklara olan tələbatı yüksəldir və qiymətləri artırır”,- deyə o əlavə edib.

Ekspert bildirib ki, artıq 10 aydır davam edən Rusiya-Ukranya müharibəsi də mənzil bazarında qiymətlərin yüksəlməsinə səbəb olub. Avropaya və post-sovet ölkələrinə müharibə bölgəsindən əhali köçünün sürətlənməsi tendensiyası artıq aylarla müşahidə olunur.

Onun fikrincə, Bakıda kirayə qiymətlərinin yüksəlməsində Ukranyadan və Rusiyadan köç edən əhalinin müəyyən rolu vardır. Bundan əlavə, Rusiyaya tətbiq edilən beynəlxalq maliyyə sanksiyaları orada yaşayan azərbaycanlıları öz investisiyalarını həmin ölkədən çıxarmağa və bir qismini Azərbaycanda daşınmaz əmlaka yönəltməyə sövq edir.

“Praktikada Rusiya azərbaycanlılarının əsasən orta və yüksək məbləğli yeni tikili mənzillərə pul yatırdığını müşahidə edirik. 2022-ci ildə mənzillərə tələbatın artması fonunda çoxmərtəbəli binaların tikintisinə qanunvericiliklə müəyyən məhdudiyyətlərin və şərtlərin qoyulması növbəti ildə də təkrar mənzil bazarında qiymətlərə öz təsirini göstərəcək. Hazırda Bakı şəhərində əhali artımı və tikinti üçün mövcud olan torpaqların məhdud şəkildə istifadə edilməsi də mənzil qiymətlərini sürətlə artırır.

Eyni zamanda, 1 yanvar 2020-ci ildən qüvvədə olan qaydaya görə bina tikintisi ilə məşğul olan şəxslər artıq sadələşdirilmiş vergi ödəyicisi ola bilmirlər, yalnız gəlir (mənfəət) və ƏDV vergisi ödəyirlər. Qanunvericilikdə qəbul edilən bu yenilik mənzil qiymətlərinin tikinti şirkətləri tərəfindən artırılmasına gətirib çıxarır.

Tikinti materialları bazarında da 2021-ci ildən etibarən özünü göstərən bahalaşma həm ilkin, həm də təkrar mənzil bazarı qiymətlərinin yüksəlməsinə səbəb olur. Təkcə 2021-2022-ci ilin noyabr ayları ilə müqayisədə 19-23 % bahalaşma müşahidə etmişik.

Bütün bu amilləri nəzərə alaraq qeyd edə bilərik ki, 2022-ci ildə həm ilkin, həm də təkrar mənzil bazarında təxminən 20-25 faizlik qiymət artımı özünü göstərmişdir”-deyə ekspert əlavə edib.

A.Məmmədov hesab edir ki, qiymət artımına yuxarıda göstərilən amillərlə yanaşı, inflyasiyanın real səviyyəsi, əhalinin inflasiya gözləntiləri, real gəlirləri, manatın dollar qarşısında dayanıqlılığı, əlaqəli bazarlarda idxal məhsullarına tətbiq edilən vergi siyasəti və başqa amillər də öz təsirini göstərmişdir.

18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
18 Aprel 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı
12 Aprel 2025 Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Son görüntülər
11 Aprel 2025 İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək
10 Aprel 2025 Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir açıqlama
08 Aprel 2025 Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
07 Aprel 2025 “Dərnəgül” elektrik deposunun inşasına başlanılıb
07 Aprel 2025 Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 Aprel 2025 Kərə yağı bahalaşdı - AÇIQLAMA
05 Aprel 2025 Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri
04 Aprel 2025 Müasir və rahat “Stadler” FLIRT qatarı Bakı-Qəbələ-Bakı marşrutunda!
04 Aprel 2025 ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?
03 Aprel 2025 Kirayə mənzillərin satışa çıxarılması əmlak bazarında qiymətləri qaldırır?
02 Aprel 2025 ADY Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırdı
01 Aprel 2025 Türkiyə və Azərbaycanın Yeni Dəmir Yolu Körpüsü: Qars-İğdır-Naxçıvan Xətti İlə 85 Dəqiqəyə Birlik
01 Aprel 2025 ADY bir sıra stansiyalarda yeniliklər etdi: Daha çox turniket, daha az növbə
31 Mart 2025 Qızılın qiyməti yenidən tarixi maksimumu yeniləyib

Xəbər lenti