error
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING

Avtomobillərin qiyməti bahalaşıb.

Ekspert Sərxan Qədirov "Xəzər Xəbər"ə açıqlamasında qeyd edib ki, ölkədə dizel mühərrikli və ili köhnə olan nəqliyyat vasitələrinin sayında artım müşahidə edilir.

O, hesab edir ki, qiymət artımına səbəb əsasən istehsal ili 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsinin məhdudlaşdırılmasıdır.

Maşınların qiymətinin bahalaşmasına iri avtomobil istehsalçılarının qiymət siyasəti, ehtiyyat hissələrinin və daşınmanın bahalaşması da ciddi təsir göstərib.

Ekspert bildirir ki, Rusiya istehsalı olan avtomobillərə bölgələrdə daha çox ehtiyac var. Buna əsas səbəb ölkənin rayonlarında xarici ölkə istehsalı olan avtomobillərin rəsmi servisinin az və ya heç olmamasıdır. Bu səbəbdən də, bölgələrdə asan təmir olunan və ucuz başa gələn Rusiya istehsalı olan avtomobillərin də qiymətində bahalaşma var. 2004-2005-ci il istehsalı olan Rusiya avtomobilləri hazırda bazarda 6 min manata təklif olunur. Halbuki, onların qiyməti ötən il 4 min manat civarında idi.

Ölkəyə gətirilən avtomobillərin dəyəri də ötən illə müqayisədə artıb. 2023-cü ilin yanvar-mart aylarında Azərbaycana 314 milyon 994 min dollar dəyərində 20 min 799 ədəd nəqliyyat vasitəsi idxal edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, nəqliyyat vasitələrinin idxalı 2022-ci ilin ilk rübü ilə müqayisədə dəyər ifadəsində 125 milyon 640 min dollar və ya təxminən 1,7 dəfə artıb.

18 APRIL 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 APRIL 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
18 APRIL 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 APRIL 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 APRIL 2025 Siqaret yenə bahalaşdı
12 APRIL 2025 Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Son görüntülər
11 APRIL 2025 İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək
10 APRIL 2025 Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir açıqlama
08 APRIL 2025 Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
07 APRIL 2025 “Dərnəgül” elektrik deposunun inşasına başlanılıb
07 APRIL 2025 Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 APRIL 2025 Kərə yağı bahalaşdı - AÇIQLAMA
05 APRIL 2025 Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri
04 APRIL 2025 Müasir və rahat “Stadler” FLIRT qatarı Bakı-Qəbələ-Bakı marşrutunda!
04 APRIL 2025 ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?
03 APRIL 2025 Kirayə mənzillərin satışa çıxarılması əmlak bazarında qiymətləri qaldırır?
02 APRIL 2025 ADY Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırdı
01 APRIL 2025 Türkiyə və Azərbaycanın Yeni Dəmir Yolu Körpüsü: Qars-İğdır-Naxçıvan Xətti İlə 85 Dəqiqəyə Birlik
01 APRIL 2025 ADY bir sıra stansiyalarda yeniliklər etdi: Daha çox turniket, daha az növbə
31 MARCH 2025 Qızılın qiyməti yenidən tarixi maksimumu yeniləyib

Xəbər lenti