Yeni tikili binalarda bünövrədən (katlavandan) mənzil almaq qiymət baxımından sərfəlidir. Lakin burda “baş ağrıdan” məqamlar da az deyil.

"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc “report”a açıqlamasında bünövrədən mənzil alarkən yarana biləcək risklərdən danışıb.

Çox insan bünövrədən mənzil almağa risk etmir

V. Oruc hesab edir ki, tikinti işlərinin ilkin hazırlıq dövründə mənzillərin satışı binanı tikən şirkətə ciddi dəstəkdir: "Bu, binanın daha tez tikilməsinə səbəb olur.

Nəticədə biznesin reallaşması, binanın təhvili prosesi tezləşir. Əslində bu, çox uğurlu variantdır. İndiyə qədər Azərbaycanda tikinti şirkətləri bu variantdan çox istifadə edib.

Təbii ki, burda müəyyən risklər var. Çünki tikinti şirkətinin prosesi axıra qədər aparıb-aparmayacağı, yaxud vətəndaşın hansısa hüquqi problemlə qarşılaşıb-qarşılaşmayacağı məlum olmur.

Vətəndaşlarımız belə hallarda şirkətlərin keçmişinə nəzər yetirir. Şirkət keçmişdə problem yaşamayıbsa, ölkədə bir neçə binanın tikintisini yekunlaşdırmaq təcrübəsinə malik dayanıqlı şirkətdirsə, bu prosesə ruh yüksəkliyi ilə gedirlər.

Ancaq yeni tikinti şirkətləri və keçmişi o qədər də şəffaf olmayan şirkətlərlə bu prosesi aparmaq risklidir. Bir çox hallarda vətəndaşlar bu riskə getmir. Ümumiyyətlə bizim insanlar hazır olmayan binadan mənzil almağa ehtiyatlı yanaşır və riskə getmirlər".

Şirkətin keçmişini araşdırmaq lazımdır

Ekspert vurğulayır ki, bünövrədən mənzil alarkən ciddi araşdırma aparandan sonra qərar verilməlidir. Bu zaman bir neçə suallara cavab tapılmalıdır. Məsələn, binanın tikintisi bir dövrdən sonra müəyyən dövlət ehtiyacları üçün yarımçıq saxlanılacaqmı? Hansısa dövlət qurumunun bu prosesi dayandırmaq ehtimalı varmı? Şirkət bu prosesi axıra qədər aparmaqda nə qədər etibarlıdır? Şirkət maddi baxımdan prosesi sona qədər aparmaq imkanlarına malikdirmi?

"Nəzərə alsaq ki, tikinti işlərində dələduzluq halların rast gəlinir, bu məsələdə şirkətin keçmişi çox aktualdır. Şirkətin keçmişində dələduzluq hallarının olub-olmaması araşdırılmalı, gələcəkdə bu cür halların yaşanma ehtimalının olmaması barədə əminlik hasil edilməlidir.

Tikinti tarixində belə hallar olub ki, sahibkarlar binanı tikməzdən öncə vətəndaşlardan ödənişi alıb, sonra isə onu tikməyiblər", - V. Oruc bildirir.


Hazır binadan mənzil almaq daha məsləhətlidir

Bünövrədən mənzil alarkən cavab tapılmalı digər sual tikintinin təhlükəsizlik qaydalarına uyğun aparılacağı, materialların keyfiyyəti ilə bağlıdır.

Ekspertin fikrincə, bu da şirkətin keçmişinə aid ciddi bir məsələdir. Tikinti yekunlaşandan sonra müvafiq dövlət qurumları tərəfindən binada yaşayış üçün icazənin verilib-verilməyəcəyi məlum edilməlidir.

Çünki bina tikildikdən sonra FHN binada müxtəlif kriteriyalar üzrə yoxlanış aparıb rəy verməlidir. Bünövrədən mənzil alarkən bu rəyin müsbət olacağını öncədən bilmək olmur.

"Bu riskləri nəzərə alaraq vətəndaşlara tövsiyə olunur ki, mənzil alarkən sənədləşmə prosesi bitmiş, tikintisi yekunlaşmış və dövlət reyestrindən çıxarışın əldə olunduğu binalara müraciət etsinlər.

Vətəndaş müəyyən məsləhətləşmələrdən və konsaltinq xidmətindən istifadə etsə belə, bünövrədən mənzil almaq riskli ola bilər. Amma ölkədə onlarla tikinti işi aparmış, tarixçəsi normal olan, vətəndaşlarla hüquqi problem yaşatmayan etibarlı bir şirkət bu prosesi aparırsa, onunla əməkdaşlıq etmək olar”, - V. Oruc vurğulayır.

Bünövrədən alınan mənzillər xeyli ucuz olur

V.Oruc hesab edir ki, Bakıda bünövrədən mənzil almaq kifayət qədər əlçatandır:

“Əsasən paytaxtın Nərimanov, Yasamal rayonlarında belə təkliflər var. Bünövrədən alınan mənzillərlə hazır binadan alınmış mənzillərin qiyməti arasında təqribən 7-15 % aralığında fərq olur.

Bu da ciddi bir məbləğ edir. Hazır binada mayak formasında bir kvadrat metri 2 min manata olan mənzil bünövrədən 1 800-1 850 manata satılır.

Çox da tanınmayan MTK-lardan mənzil alanda bu fərq 20 % civarında ola bilir. Qabaqcadan alınan məbləğ tikintiyə yönəldilir, yaxud ərazidə aparılan söküntü işlərinin kompensasiyası üçün sərf edilir.

Sahibkarın həmin məbləğə ehtiyacı çox olarsa, alıcıya edilən endirim də çox olur. Amma binanı prestijli bir MTK tikirsə, bünövrədən mənzil alarkən çox ciddi endirimə ümid etmək olmaz.

Eyni zamanda binalarda hazır olan mərtəbələr hazır olmayanlardan fərqli qiymətə təklif edilir. Bu da vətəndaşda haqlı olaraq şübhələr yarada bilər. Odur ki, ən yaxşı variant hazır binadan mənzil almaqdır”.

23 Noyabr 2024 Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
23 Noyabr 2024 Azərbaycan “Şimal-Cənub” dəhlizinin bir hissəsinin bərpası çərçivəsində ADB ilə kredit sazişi imzalayıb
20 Noyabr 2024 Neftin qiyməti enərsə, hansı.... - Nazirdən açıqlama
20 Noyabr 2024 Bina tikintisi sahəsində vergi ilə bağlı yeni mexanizm olacaq
20 Noyabr 2024 Aİ-92 benzini və dizellə bağlı dəyişiklik
19 Noyabr 2024 Avropanın qaz anbarları sürətlə boşalır: Son 5 ilin ən pis göstəricisi...
19 Noyabr 2024 Benzinin qiyməti ilə bağlı nazirlik rəsmisindən açıqlama
19 Noyabr 2024 Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır
19 Noyabr 2024 Neftdən qeyri neft-qaz sektoruna keçid başlayır
18 Noyabr 2024 Bakı-Ağstafa marşrutuna əlavə reyslər təyin edilir
18 Noyabr 2024 “Zəfər Yolu”nda ağırçəkili nəqliyyat vasitələrinə nəzarət üçün elektron tərəzi quraşdırılır FOTO
15 Noyabr 2024 SOCAR “yaşıl istiqraz" buraxmağa qərar verib
14 Noyabr 2024 Dünya Bankı 10 ildə iqlim maliyyələşdirilməsinə 150 ​​milyard ABŞ dolları ayıracaq
12 Noyabr 2024 Azərbaycanda "Bitcoin"i hardan almaq olar?
12 Noyabr 2024 BMT BA-nın prezidenti: İqlim maliyyələşməsi üçün yeni bir yol müəyyən edə bilərik
07 Noyabr 2024 Bayram günlərində banklar bu qayda ilə işləyəcək – RƏSMİ AÇIQLAMA
07 Noyabr 2024 Bu ölkədən Azərbaycana gələn turistlərin sayı rekord səviyyədə artıb
05 Noyabr 2024 ADY bu ilin yanvar-oktyabr aylarında 6 milyon tondan çox tranzit yükü daşıyıb
05 Noyabr 2024 Ermənistan Azərbaycandan qaz alacaq?
02 Noyabr 2024 Mərkəzi Bank faizləri dəyişmədi, amma proqnozları yenilədi - AÇIQLAMA

Xəbər lenti