Mərkəzi Bankın İdarə Heyətinin 1 noyabr 2023-cü il tarixli 53/1 nömrəli qərarı ilə “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişikliklər edilib və bəzi ehtiyat normalarlı artırılıb.

Banklar tərəfindən yeni normalar cari ilin dekabrın 15-dən etibarən tətbiq olunmalıdır.

İqtisadçı ekspert Xalid Kərimli ehtiyat normalarına tətbiq olunan dəyişikliklərin yerli iqtisadiyyata təsirlərini “Ölkə.Az”a şərh edib. O bildirib ki, sözügedən diferensiallaşma hüquqi şəxslərin depozitləri və banka aidiyyəti olan şəxslərin depozitlərinin payı ilə bağlıdır: “Azərbaycanda fəaliyyət göstərən bir neçə bankın tənzimləmənin təsir dairəsinə düşmə ehtimalı var”. 

Məcburi ehtiyat normasının diferensiallaşdırılmasına gəlincə, ekspert deyir ki, banklar bu depozitləri cəlb edən zaman hamısını bazarlarda yerləşdirə bilmirlər və bu zaman məcburi ehtiyat norması Mərkəzi Bankdakı cari hesabda saxlanılmalıdır. 

X.Kərimli normanın artırılmasının inflyasiyanı azaldacağını, manatın dəyəri və kredit faizlərini isə artıracağını deyib:

“Ehtiyat normasının artırılması inflyasiyanı aşağı endirən amildir. Çünki bu, dövriyyədə pul kütləsinin azalmasına istiqamətlənir. Gələn il ölkəmizdə inflyasiya dərəcəsi Mərkəzi Bankın tənzimləmə tədbirləri və qlobal inflyasiyanın aşağı düşməsi səbəbindən 6%-dən aşağı olacaq.

Normanın artırılması milli valyutanın dəyərinə isə artırıcı təsir göstərir. Lakin Azərbaycan manatı sabit məzənnə rejimində olduğu üçün onun dəyərinə hər hansı təsir gözlənilmir. 

Ehtiyat normalarının artırılması kredit faizlərini isə artırır. Kredit faizlərinin tədricən artması gözlənilir ki, bu proses də artıq başlayıb”, - deyə ekspert əlavə edib.

18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
18 Aprel 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı
12 Aprel 2025 Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Son görüntülər
11 Aprel 2025 İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək
10 Aprel 2025 Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir açıqlama
08 Aprel 2025 Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
07 Aprel 2025 “Dərnəgül” elektrik deposunun inşasına başlanılıb
07 Aprel 2025 Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 Aprel 2025 Kərə yağı bahalaşdı - AÇIQLAMA
05 Aprel 2025 Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri
04 Aprel 2025 Müasir və rahat “Stadler” FLIRT qatarı Bakı-Qəbələ-Bakı marşrutunda!
04 Aprel 2025 ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?
03 Aprel 2025 Kirayə mənzillərin satışa çıxarılması əmlak bazarında qiymətləri qaldırır?
02 Aprel 2025 ADY Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırdı
01 Aprel 2025 Türkiyə və Azərbaycanın Yeni Dəmir Yolu Körpüsü: Qars-İğdır-Naxçıvan Xətti İlə 85 Dəqiqəyə Birlik
01 Aprel 2025 ADY bir sıra stansiyalarda yeniliklər etdi: Daha çox turniket, daha az növbə
31 Mart 2025 Qızılın qiyməti yenidən tarixi maksimumu yeniləyib

Xəbər lenti