Güclü zəlzələ həyət evlərini bahalaşdıracaq? - Ekspert danışır...Ötən gün Bakıda baş verən güclü zəlzələdən sonra həyət evlərinin bahalaşacağı iddiaları yenidən gündəmə gəlib.

Əmlak eksperti Ramil Qasımzadə Axar.az-a açıqlamasında sözügedən iddiaların əsassız olduğunu bildirib.

“Zəlzələylə bağlı həyət evlərinə tələbin artması, qiymətlərin artacağı və ya çoxmənzilli yeni tikililərin ucuzlaşacağı iddiaları müvəqqəti ajiotajdan başqa bir şey deyil. Həyət və bina evlərinin bahalaşmasının başqa səbəbləri var, ancaq məhz zəlzələ ilə bağlı artımın və ya azalmanın olacağını düşünmürəm”, - o qeyd edib.

Ekspert bahalaşmanın tələbin təklifi üstələməsi ilə əlaqəli olduğunu vurğulayıb:

“Qış aylarında həyət evlərinə bir o qədər də tələbat olmur. Bu səbəbdən də qiymətlərdə stabillik özünü göstərir. Hündürmərtəbəli binalarda isə bunun əksini görmək mümkündür. Tələbin yüksək olması təbii olaraq qiymət artımı ilə nəticələnir. İlin əvvəli ilə müqayisədə 15-20 faiz qiymət dəyişikliyi var. Bu, xarici ölkələrdən müraciətlər, tədricən ucuz, köhnə tikililərin sıradan çıxması və tikinti materiallarının bahalaşması ilə əlaqəlidir”.

Qeyd edək ki, ötən gün Xəzərdə 5,6 bal gücündə zəlzələ baş verib. Zəlzələ Bakı da daxil olmaqla, Azərbaycanın şərq bölgələrində hiss edilib.
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
18 Aprel 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı
12 Aprel 2025 Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Son görüntülər
11 Aprel 2025 İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək
10 Aprel 2025 Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir açıqlama
08 Aprel 2025 Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
07 Aprel 2025 “Dərnəgül” elektrik deposunun inşasına başlanılıb
07 Aprel 2025 Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 Aprel 2025 Kərə yağı bahalaşdı - AÇIQLAMA
05 Aprel 2025 Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri
04 Aprel 2025 Müasir və rahat “Stadler” FLIRT qatarı Bakı-Qəbələ-Bakı marşrutunda!
04 Aprel 2025 ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?
03 Aprel 2025 Kirayə mənzillərin satışa çıxarılması əmlak bazarında qiymətləri qaldırır?
02 Aprel 2025 ADY Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırdı
01 Aprel 2025 Türkiyə və Azərbaycanın Yeni Dəmir Yolu Körpüsü: Qars-İğdır-Naxçıvan Xətti İlə 85 Dəqiqəyə Birlik
01 Aprel 2025 ADY bir sıra stansiyalarda yeniliklər etdi: Daha çox turniket, daha az növbə
31 Mart 2025 Qızılın qiyməti yenidən tarixi maksimumu yeniləyib

Xəbər lenti