ADY-də rekord göstərici: ilk dəfə ilin 7 milyonuncu sərnişini daşındı

Yol-xeber.az" xəbər verir ki,  “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tarixində ilk dəfə sərnişindaşıma xidmətində il ərzində rekord göstərici – 7 milyonuncu sərnişin qeydə alınıb.

Son illər ADY-də keçirilən islahatlar nəticəsində sərnişindaşıma xidmətində yüksək artım tempi müşahidə olunur. Belə ki, 2023-cü il üçün nəzərdə tutulmuş 6 milyonluq hədəf aşılaraq ilk dəfə il ərzində 7 milyon sərnişin daşınıb. Bu göstərici pandemiyadan öncəki ölkədaxili və beynəlxalq daşımaların ümumi statistikasına nisbətdə 2 dəfədən çoxdur. Son iki ilə nəzər saldıqda isə dəmir yolları ilə ölkə daxilində daşınan sərnişinlərin sayı 2021-ci ildə 2,8 milyon, 2022-ci ildə 5,2 milyon nəfər olub.

ADY-nin Sərnişin daşımaları departamentinin nümayəndələri 7 milyonuncu sərnişin Sevil Əlimərdanovanı təbrik edərək bu münasibətlə ona ölkədaxili istiqamətlər üçün birinci sinif üzrə iki gediş-dönüş bileti və xatirə hədiyyələri təqdim edib.

Sərnişin S. Əlimərdanova da, öz növbəsində, ADY-yə təşəkkür edərək sürətli sərnişin qatarları ilə hərəkətin olduqca təhlükəsiz və rahat olduğunu bildirib.

Qeyd edək ki, hazırda Abşeron dairəvi dəmir yolu xətti üzrə iş günləri 31 minə yaxın sərnişin təhlükəsiz və etibarlı şəkildə mənzilbaşına çatdırılır. Xidmətdə davamlılıq və keyfiyyətin təmin edilməsi istiqamətində İsveçrənin “Stadler Rail Group” şirkətindən alınmış 10 yeni FLIRT qatarından dördü artıq ölkədədir, altısının isə gələn il ərzində ölkəyə gətirilməsi nəzərdə tutulub. Yeni nəsil təhlükəsizlik texnologiyası və bir sıra innovativ mexanizmlərlə təchiz olunmuş bu on qatardan dördü yol infrastrukturunda müvafiq test proseslərindən keçdikdən sonra 2024-cü ilin yazından etibarən sərnişinlərin xidmətinə veriləcək. Bu da gələn il marşrutlar üzrə əlavə 300 minə yaxın sərnişini rahat və təhlükəsiz mənzilbaşına çatdırmaq imkanı yaradacaq.

18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
18 Aprel 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı
12 Aprel 2025 Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Son görüntülər
11 Aprel 2025 İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək
10 Aprel 2025 Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir açıqlama
08 Aprel 2025 Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
07 Aprel 2025 “Dərnəgül” elektrik deposunun inşasına başlanılıb
07 Aprel 2025 Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 Aprel 2025 Kərə yağı bahalaşdı - AÇIQLAMA
05 Aprel 2025 Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri
04 Aprel 2025 Müasir və rahat “Stadler” FLIRT qatarı Bakı-Qəbələ-Bakı marşrutunda!
04 Aprel 2025 ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?
03 Aprel 2025 Kirayə mənzillərin satışa çıxarılması əmlak bazarında qiymətləri qaldırır?
02 Aprel 2025 ADY Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırdı
01 Aprel 2025 Türkiyə və Azərbaycanın Yeni Dəmir Yolu Körpüsü: Qars-İğdır-Naxçıvan Xətti İlə 85 Dəqiqəyə Birlik
01 Aprel 2025 ADY bir sıra stansiyalarda yeniliklər etdi: Daha çox turniket, daha az növbə
31 Mart 2025 Qızılın qiyməti yenidən tarixi maksimumu yeniləyib

Xəbər lenti