|
Dünyada düyünün qiyməti son 15 ildə ən yüksək səviyyəyə qalxıb. Xezerxeber.az xəbər verir ki, son iki həftə ərzində artım yeddi faiz təşkil edib. Buna yüksək tələbat və təchizatla bağlı problemlər səbəb olub.
Maraqlıdır qiymət artımı yerli bazara necə təsir edib?
Bazarda düyünün ən ucuzunun qiyməti 2 manatdan başlayır, 8-10 manat arasında dəyişir. Əvvəlki illərlə müqayisədə xaricdəın gətirlən düyünün qiymətində də dəyişiklik var.
Qara düyünün yerli vazarda vaxtilə kiloqramın 50 manata satıldığını deyən satıcı bildirir ki, məhsul bazarda bol olduqca qiymətlərə müsbət təsir edir. Yəni qiymətlər stabilləşir.