|
Yanvarın 6-da axşam saatlarında Azərikard prosessinq mərkəzinin xidmət göstərdiyi bankların ATM-lərindən, POS terminallarından və mobil tətbiqlərindən istifadə zamanı yaranan məhdudiyyət aradan qaldırılıb.
Bu barədə "Azərikard"dan bildirilib. Prosessinq mərkəzindən qeyd edilib ki, sistemdə baş verən bütün məhdudiyyətlər aradan qaldırılıb, texniki xidmət göstərən şirkətlə birgə tədbirlər görülüb və bütün fəaliyyət tam olaraq bərpa edilib.
Qeyd edək ki, Azərikard prosessinq mərkəzi hazırda Azərbaycanda fəaliyyət göstərən 15 bankla əməkdaşlıq edir.