a

Yol-xeber.az" xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə "Kamkor Lokomotiv" müəssisəsi arasında imzalanmış müqaviləyə əsasən, əsaslı təmir üçün göndərilmiş manevr teplovozlarından biri Bakıya çatdırılıb. Adıçəkilən TEM2U lokomotivi son 22 ildə ilk dəfə olaraq zavod təmirindən keçib və Biləcəri çeşidləmə parkında yüklərin aidiyyəti üzrə çeşidlənməsi işlərinə cəlb olunacaq.

Müqavilə şərtlərinə uyğun olaraq, indiyədək bu məqsədlə Qazaxıstana 6 lokomotiv göndərilib, əlavə olaraq 5 lokomotivin yola salınması üçün hazırlıq işləri davam etdirilir.

Normalara əsasən, manevr teplovozlarının birinci səviyyəli əsaslı təmiri 7,5 ildən bir, ikinci səviyyəli əsaslı təmiri isə 15 ildən bir həyata keçirilməlidir. Lokomotivlərin uzun müddət istismar olunduğunu nəzərə alsaq, onların vaxtlı-vaxtında təmir olunmaması lokomotivlərin sıradan çıxmasına, aradan qaldırılması mümkün olmayan nasazlıqların yaranmasına səbəb olur.

Hazırda Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə tranzit yüklərin artmasını və gələcəkdə daha da artacağını nəzərə alaraq, ADY yüklərin təhlükəsiz daşınması məqsədilə lokomotiv parkının yenilənməsinə, habelə əsaslı təmirinə ciddi önəm verir.

Lokomotivlərin təmiri üzrə həyata keçirilən işlərin davamı olaraq, 2024-cü il ərzində Qazaxıstana göndəriləcək 11 ədəd manevr teplovozunun və Latviyaya göndəriləcək 4 ədəd ikihissəli lokomotivin bu il Bakıya təhvil verilməsi planlaşdırılır.

Qeyd edək ki, ADY-nin lokomotiv parkında hazırda 84 ədəd manevr lokomotivi mövcuddur.

18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
18 Aprel 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı
12 Aprel 2025 Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Son görüntülər
11 Aprel 2025 İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək
10 Aprel 2025 Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir açıqlama
08 Aprel 2025 Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
07 Aprel 2025 “Dərnəgül” elektrik deposunun inşasına başlanılıb
07 Aprel 2025 Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 Aprel 2025 Kərə yağı bahalaşdı - AÇIQLAMA
05 Aprel 2025 Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri
04 Aprel 2025 Müasir və rahat “Stadler” FLIRT qatarı Bakı-Qəbələ-Bakı marşrutunda!
04 Aprel 2025 ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?
03 Aprel 2025 Kirayə mənzillərin satışa çıxarılması əmlak bazarında qiymətləri qaldırır?
02 Aprel 2025 ADY Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırdı
01 Aprel 2025 Türkiyə və Azərbaycanın Yeni Dəmir Yolu Körpüsü: Qars-İğdır-Naxçıvan Xətti İlə 85 Dəqiqəyə Birlik
01 Aprel 2025 ADY bir sıra stansiyalarda yeniliklər etdi: Daha çox turniket, daha az növbə
31 Mart 2025 Qızılın qiyməti yenidən tarixi maksimumu yeniləyib

Xəbər lenti