a

Yol-xeber.az" xəbər verir ki, ADY Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə əhəmiyyətli dərəcədə artmaqda olan yükaşırmaların daha böyük sürətlə həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycanın Astara rayonunda yerləşən yük həyətinin rekonstruksiya işlərini uğurla başa çatdırıb və həmin ərazidə Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsi tərəfindən gömrük nəzarəti təşkil edilib.

Terminalda aparılmış rekonstruksiya işləri çərçivəsində yük anbarı müasir standartlara uyğun olaraq təmir edilib, əməliyyatların təhlükəsiz və dayanıqlı həyata keçirilməsi üçün zəruri texnikalarla təchiz olunub. Ərazi bütövlükdə tikanlı məftillərlə əhatələnib, 54 ədəd hərəkətli və stabil mühafizə videokamerası quraşdırılıb, tam işıqlandırma təmin edilib, 24 saat mühafizə qurulub və digər bütün təşkilati məsələlər həll edilib. Həmçinin qəbul edilən yüklərin çəkisinin müəyyən edilməsi üçün terminalda tərəzi quraşdırılıb.

5,5 hektar ərazidə yerləşən terminalda Dövlət Gömrük Komitəsi ilə birgə gömrük məntəqəsi yaradılıb, məntəqəyə sürətli internet xətti çəkilib, bütün lazımi avadanlıq və kompüterlər quraşdırılıb. Terminalda ekspeditor şirkətlərinə yeni xidmətlər paketi – multimodal daşıma servisləri təqdim olunur.

Gömrük nəzarəti altında terminala daxil olan yüklər aşırılaraq təyinatı üzrə sürətli şəkildə çıxarılır.

Terminalın əsas üstünlüklərindən biri də qəbul edilən yüklərin daşınması və aşırılması üçün yük sahiblərinə endirimli tariflərin tətbiq olunmasıdır.

İlkin hesablamalara görə, Astara Terminalının işə düşməsi Şimal-Cənub marşrutu üzrə tranzit yükdaşımaları cari ilin sonuna kimi 10-15%-ə qədər artırmağa imkan verəcək.

Hazırda qəbul edilən yüklər arasında ümumi dövriyyənin təqribən 40 faizini təşkil edən taxta yükləri əsas paya sahibdir. Taxıl və taxıl məhsulları 35 faiz göstərici ilə ikinci ən çox qəbul edilən yük növüdür.

Qeyd edək ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə multimodal daşıma xidmətləri bu günə kimi yalnız ADY-nin İran İslam Respublikasının Astara şəhərində  fəaliyyət göstərən terminalında həyata keçirilirdi. Bu terminalın tikintisi barədə saziş 2017-ci ildə imzalanıb, terminalda yükaşırma əməliyyatları 2018-ci ildən həyata keçirilir. Terminalda inşaat işlərinin bu ilin sonunadək tamamlanması planlaşdırılır.

İran ərazisindəki Astara-Rəşt dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra hər iki Astara Terminalı vasitəsilə qəbul edilən tranzit yüklərin əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

İran ərazisində 2018-ci ildən fəaliyyət göstərən Astara Terminalında “Astara Terminal” MMC tərəfindən 2018-2023-cü illərdə 2,5 milyon tondan çox yük aşırılıb. Bu dövr ərzində aşırılan yüklərin illik həcmi 3 dəfədən çox artıb – 2018-ci ildə 211 789 tondan 2023-cü ildə 692 402 tona çatıb. 2023-cü ildə qeydə alınan rəqəmlər 2022-ci illə müqayisədə 48 faiz çox olub. 2024-cü ilin dörd ayında isə bu terminalda 284 688 ton yük aşırılıb, nəticədə 2023-cü ilin analoji dövrünə nisbətən 14 faiz artım qeydə alınıb.

ADY-nin tranzit yük daşımaları 2024-cü ilin yanvar-aprel aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq 2 milyon 517 min tona çatıb. Analoji dövrdə Şimal-Cənub dəhlizi ilə yükdaşımaların həcmi ötən ilin dörd ayı ilə müqayisədə 29 faiz artaraq 260 min ton olub.

18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
18 Aprel 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı
12 Aprel 2025 Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Son görüntülər
11 Aprel 2025 İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək
10 Aprel 2025 Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir açıqlama
08 Aprel 2025 Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
07 Aprel 2025 “Dərnəgül” elektrik deposunun inşasına başlanılıb
07 Aprel 2025 Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 Aprel 2025 Kərə yağı bahalaşdı - AÇIQLAMA
05 Aprel 2025 Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri
04 Aprel 2025 Müasir və rahat “Stadler” FLIRT qatarı Bakı-Qəbələ-Bakı marşrutunda!
04 Aprel 2025 ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?
03 Aprel 2025 Kirayə mənzillərin satışa çıxarılması əmlak bazarında qiymətləri qaldırır?
02 Aprel 2025 ADY Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırdı
01 Aprel 2025 Türkiyə və Azərbaycanın Yeni Dəmir Yolu Körpüsü: Qars-İğdır-Naxçıvan Xətti İlə 85 Dəqiqəyə Birlik
01 Aprel 2025 ADY bir sıra stansiyalarda yeniliklər etdi: Daha çox turniket, daha az növbə
31 Mart 2025 Qızılın qiyməti yenidən tarixi maksimumu yeniləyib

Xəbər lenti