Avronun indiki halda birbaşa ucuzlaşmasının iki əsas səbəbi var.

 

Avronun ucuzlaşmasının səbəbləri haqda danışan iqtisadçı ekspert Rəşad Həsənov deyib. O bildirib ki, avro dünya bazarında ABŞ dollarının mövqeyinin möhkəmlənməsi və İtaliyanın maliyyə vəziyyəti ilə bağlı büdcə prinsipinin qəbul olunması fonunda yaranmış böhrandan dolayı dəyər itirir:

“Hazırda Avropa Birliyi ilə İtaliya idarəetməsi arasında müəyyən fikir ayrılıqları var. Bu isə avronun məzənnəsini əhəmiyyətli səviyyədə zəiflədən faktorlardan biri kimi çıxış edir. Digər bir faktor isə ondan ibarətdir ki, FES uçot dərəcəsini artırma siyasəti aparsa da, Avropa Birliyi müvafiq indikatorları əldə edə bilmədiyi üçün uçot dərəcəsinin artımına gedə bilmir. Bu faktor da avronun mövqeyini müəyyən qədər zəiflədir. Həmçinin Avropa Birliyində iqtisadi indikatorların tam olaraq yerinə oturmaması və gözləntilərin özünü doğrultmaması da Avropa pulunun məzənnəsinə təsirsiz ötüşmür”.

İqtisadçı qeyd edib ki, İtaliyanın büdcə probleminin həllindən sonra avro müəyyən qədər itkilərini bərpa edəcək:

“Ancaq ilin sonuna qədər avronun dollara nisbətdə məzənnəsinin 1.15 səviyyəsindən aşağı qalacağı ehtimal olunur”.

İqtisadçı alim Vüqar Bayramov da yaxın zamanlarda avronun məzənnəsində kəskin artımların proqnozlaşdırılmadığını bildirib:

“Avro son 6 ayda 9 faiz ucuzlaşıb. Avropa Birliyi büdcəsi və İtaliyadakı siyası problemlər qalarsa, bu proses davamlı ola bilər”.

14 Aprel 2025 Siqaret yenə bahalaşdı
12 Aprel 2025 Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Son görüntülər
11 Aprel 2025 İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək
10 Aprel 2025 Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir açıqlama
08 Aprel 2025 Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
07 Aprel 2025 “Dərnəgül” elektrik deposunun inşasına başlanılıb
07 Aprel 2025 Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 Aprel 2025 Kərə yağı bahalaşdı - AÇIQLAMA
05 Aprel 2025 Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri
04 Aprel 2025 Müasir və rahat “Stadler” FLIRT qatarı Bakı-Qəbələ-Bakı marşrutunda!
04 Aprel 2025 ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?
03 Aprel 2025 Kirayə mənzillərin satışa çıxarılması əmlak bazarında qiymətləri qaldırır?
02 Aprel 2025 ADY Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırdı
01 Aprel 2025 Türkiyə və Azərbaycanın Yeni Dəmir Yolu Körpüsü: Qars-İğdır-Naxçıvan Xətti İlə 85 Dəqiqəyə Birlik
01 Aprel 2025 ADY bir sıra stansiyalarda yeniliklər etdi: Daha çox turniket, daha az növbə
31 Mart 2025 Qızılın qiyməti yenidən tarixi maksimumu yeniləyib
29 Mart 2025 “Starlink” Azərbaycanda fəaliyyətə başlayıb
26 Mart 2025 “Naxçıvandan Qarsa 85 dəqiqəyə çatmaq mümkün olacaq”
19 Mart 2025 Turizmdə yeni dövr: Qəbələ - Abu-Dabi reysi bizə nə verəcək?
18 Mart 2025 Sumqayıtla Sarayı birləşdirən körpü açıldı

Xəbər lenti