XİN: Fransanın ikiüzlü siyasəti regionda davamlı sülh perspektivlərinə mane olur

14 aprel 2025-ci il tarixində Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baro Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclası çərçivəsində çıxış edərkən regional gərginlik, sülh prosesi və hazırda Azərbaycanda mühakimə olunan ermənilərlə bağlı bəzi anti-Azərbaycan iddiaları səsləndirib.

Xarici İşlər Nazirliyi fransalı nazirin bəyanatını tənqid etdiyi halda, Fransanın Azərbaycandakı səfiri öz "X" hesabında bu iddiaları yenidən paylaşıb.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məsələyə münasibət bildirərkən Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun Fransanın Azərbaycandakı səfirinin də istinad etdiyi iddialarını qətiyyətlə rədd etdiklərini və pislədiklərini bildirib.

O bildirib ki, Fransanın siyasətindəki ikili yanaşma - sülh niyyətini bəyan edərkən münaqişəyə sürükləyən davranışlar - narahatlıq doğuran uyğunsuzluğu nümayiş etdirir. Belə ikiüzlü siyasət regionda davamlı sülh perspektivlərinə mane olur.

"Fransanın Ermənistanı öldürücü silahlarla təmin etməsi, onun davamlı anti-Azərbaycan mövqeyi ilə yanaşı, sülh prosesinə xələl gətirir və bu xarici işlər naziri Jan-Noel Baronun regional gərginliklə bağlı açıq şəkildə narahatlığını ifadə etməsi ilə tamamilə ziddiyyət təşkil edir.

Bundan əlavə, sülh müqaviləsi layihəsi üzərində işin yekunlaşdırılması mühüm hadisə olsa da, Fransa tərəfi yaxşı başa düşür ki, sülh sazişinin imzalanması və davamlı sabitlik digər məsələlərlə yanaşı, əsas problemlərin, xüsusilə də Ermənistanın Konstitusiyasındakı ərazi iddialarının aradan qaldırılmasını, habelə Minsk Qrupunun və ATƏT-in digər əlaqəli strukturlarının rəsmi şəkildə ləğvini tələb edir.

Bəşəriyyətə qarşı cinayətlərdə təqsirləndirilən şəxslərin məhkəmə proseslərinə maneçilik törədilməsi ölkənin suverenliyinə müdaxilə olmaqla yanaşı, dəhşətli qəddarlıqlara görə məsuliyyətin müəyyən edilməsi prosesini sarsıdır. Fransanın bu cür müdaxiləsi cinayətkarları qorumaqla, cəzasızlığın davamıma xidmət edir.

Fransa regional işlərimizə qarışmaq əvəzinə, təkcə Azərbaycan deyil, müxtəlif dövlətlər tərəfindən böyük tənqidlərə məruz qalan, xüsusən də dənizaşırı ərazilərində və Afrikada həyata keçirdiyi neokolonial siyasətindən əl çəkməlidir.

Fransız neokolonializmi yerli əhalini və resurslarını istismar etməklə bərabər, həmişə fransız maraqlarını həmin dövlətlərin rifahından üstün tutub, habelə uzunmüddətli qeyri-sabitlik və etnik gərginlik yaradıb

Heç kimə sirr deyil ki, Fransanın xarici siyasəti onun qondarma “sivilizasiya missiyası”nın mənəvi cəhətdən iflasa uğradığını nümayiş etdirir.

Sülhə xidmət etməyən və regionda sabitliyə xələl gətirən addımlara son qoymağı Fransadan tələb edirik.", - diplomat bildirib.

15 Aprel 2025 Paşinyan erkən seçkilərə getmək zorunda - Bakıdan tək çağırış
15 Aprel 2025 Çinin Azərbaycana yeni təyin olunmuş səfiri Bakıya gəlib
15 Aprel 2025 Akademik Zərifə Əliyevanın anım günüdür
14 Aprel 2025 İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının Baş direktorunu qəbul edib - YENİLƏNİB
14 Aprel 2025 İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 Aprel 2025 Cəlilabadda yol təmirinə 1,5 milyon manat ayrıldı
14 Aprel 2025 Ermənistan ordusu geri çəkilir: "Həmin ərazilər Azərbaycana təhvil veriləcək"
14 Aprel 2025 Kamran Əliyev: Müharibə cinayətlərində təqsirləndirilən 16 şəxsin məsuliyyətə cəlb edilib
12 Aprel 2025 XİN rəhbəri: Ermənistanla kommunikasiyaların açılması təklifini Azərbaycan irəli sürüb
12 Aprel 2025 Prezidentin nəvələri Ərdoğanla - Foto
12 Aprel 2025 "Qır-saqqız"a çevrilən Brüssel və getdikcə uzaqlaşan Bakı
11 Aprel 2025 İlham Əliyevin Antalyada Əhməd Əl Şaraa ilə görüşü olub - FOTO - YENİLƏNİB
11 Aprel 2025 Antalyada keçirilən Diplomatiya Forumunda parlament diplomatiyasının rolu müzakirə olundu – Azərbaycan deputatları da iştirak etdi
11 Aprel 2025 Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib
11 Aprel 2025 İlham Əliyev Ersin Tatarla görüşdü - Fotolar
11 Aprel 2025 “Bu, Azərbaycanın sülh təşəbbüslərinin irəlilədilməsi baxımından mühüm hadisə olacaq”
11 Aprel 2025 Hərbçilərimiz Moskvada 9 May paradında iştirak edəcəklər
10 Aprel 2025 İlham Əliyev Türkiyədə işgüzar səfərdədir
10 Aprel 2025 Azərbaycanda Türkiyə və İsrail arasında görüş keçirilib
10 Aprel 2025 Azərbaycan və İtaliya hava nəqliyyatı sahəsində əməkdaşlığı genişləndirir

Xəbər lenti