30 yaşı keçənlərin nəzərinə: hərbi xidmətə çağırış... - RƏSMİ

Məlum olduğu kimi, Azərbaycanda həqiqi hərbi xidmətkeçmədə son yaş həddi 35-dən 30-a endirilib.

Buna baxmayaraq 30 yaşı keçənlərə hərbi xidmətlə bağlı mesaj gəlməsi insanlar arasında bir qədər çaşqınlıq yaradıb.
Buna səbəb isə mesajlarda çağırışın səbəbinin qeyd olunmamasıdır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti daha əvvəl mesajlara aydınlıq gətirsə də, məsələnin daha sadə dildə izahatına ehtiyac yaranıb.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib ki, bu, 30 yaşı tamam olan ehtiyata buraxılan şəxslərin sağlamlıq durumunu öyrənmək məqsədi daşıyır:

“Yaşı 30-u keçmiş və hərbi xidmətə yararsız olan, daha doğrusu, dinc dövrdə müddətli həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı olanlara SMS gəlib. Bu SMS ona görə göndərilib ki, onlar sonuncu dəfə həkim komissiyasından keçirilir və ehtiyata buraxılırlar. Ehtiyata buraxıldıqda onların sağlamlıq statusları müəyyən olunmalıdır ki, sabah onlar ehtiyatda olmaqlarına baxmayaraq yenidən lazım olsalar, bilinsin ki, bu şəxslər xidmətə yararlıdır, yararsızdır və ya məhdud yararlıdırlar.

Yəni yaşı 30-u keçənlərə SMS göndərilməsinin səbəbi onların ehtiyata buraxılması üçün sonuncu dəfə həkim müayinəsinə cəlb olunmasıdır. Ehtiyata buraxılarkən onların sağlamlıq durumu müəyyən edilməlidir”.

Həqiqi hərbi xidmət yaşının 30-a endirilməsindən sonra bəziləri üçün qaranlıq qalan digər bir məsələ isə mətbuatda yer alan məlumatlarda müddətli həqiqi hərbi xidmətdə olmağın son yaş həddinin 31.5 yaş göstərilməsidir. Əhali arasında "həqiqi hərbi xidmətkeçmədə son yaş həddi" ilə "hərbi xidmətdə olmağın son yaş həddi" anlayışlarını səhv salıblar.

P.Sədrəddinov bu məsələyə də aydınlıq gətirib.

“Çağırış ayına qədər 30 yaşı tamam olan şəxslər (çağırış hər 3 aydan bir olur) əsgərliyə getmir. Çünki onun 30 yaşı artıq tamam olub. Əgər şəxs 30 yaşı tamam olan ildə əsgərliyə gedirsə, orta təhsillidirsə, o, 31.5 yaşda, ali təhsillidirsə, 31 yaşında tərxis olacaq.

Əvvəllər həqiqi hərbi xidmətkeçmənin son yaş həddi 35 idi. Yəni 35 yaşa qədər hərbi xidmətə çağırılırdısa və orta təhsillidirsə, 36.5 yaşında tərxis olurdu”.

15 Aprel 2025 ADY Xəbərdar Edir: Dəmir Yolunu Qaydasız Keçənlər Yüksək Cərimə Ödəyəcək
15 Aprel 2025 Qatar maşinisti olmaq istəyənlərin nəzərinə!
15 Aprel 2025 Azərbaycan əhalisinin sayı açıqIandı
15 Aprel 2025 1-ci sinfə qəbulda yenilik - Valideynlərin nəzərinə
15 Aprel 2025 ADY-də Fərid Hüseynov yüksək vəzifəyə TƏYİN OLUNDU
15 Aprel 2025 ŞAD XƏBƏR: Dövlət bu şəxslərə ev verəcək
15 Aprel 2025 “Anamın 40 ildir yanımda olmadığına inanmaq çox çətindir” - Foto
15 Aprel 2025 Qatarların sürət həddi endirildi
15 Aprel 2025 Bu yolda sürət həddi endiriIdi
14 Aprel 2025 Bakıda güclü yağış yağacaq - Subasma ehtimalı da var
14 Aprel 2025 Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək - Prezident təsdiqlədi
14 Aprel 2025 Onlar sosial vergi ödəməyəcək
14 Aprel 2025 ADY-də yeni təyinat
14 Aprel 2025 Kamaləddin Qafarov: “Zərifə xanım Əliyevanın xatirəsi qəlbimizdə daim yaşayır”
11 Aprel 2025 Quru sərhədin açılması təxirə salınıb? - Mayın 1-i xəbəri...
11 Aprel 2025 Gizirlərə, miçmanlara, zabitlərə və kursantlara bu qaydada həbs cəzası ləğv edilir
11 Aprel 2025 Hərbi xidmətdə son yaşı həddi müəyyən edilməyən şəxslərin dairəsi genişləndirilir
11 Aprel 2025 Qatarda ödəniş etmədən gedən sərnişinlər cərimələnəcək
11 Aprel 2025 Milli Məclis Xanlar Vəliyevin yeni vəzifəsini təsdiqlədi - And içdi
11 Aprel 2025 Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb

Xəbər lenti