|
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 2-də 73,85 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 0,15 dollar/barel azdır.
bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 2-də 72,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,13 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 2-də 69,64 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,3 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə noyabrın 2-də 71,44 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,24 dollar/barel azdır.