![]() |
|
Bakı metrosunda yanvar ayında sərnişin daşınması artıb.
Yol-xeber.az-a “Bakı Metropoliteni QSC”dən verilən məlumata görə, 2025-ci ilin yanvarında 17,98 milyon sərnişin daşınıb.
Bu da 2024-cü ilin yanvar ayı ilə müqayisədə 4.6% artım deməkdir.
İstifadəçilərin 580 min 213-ü güzəştli sərnişinlər olub. Orta hesabla gün ərzində 580 min 141 sərnişin daşınıb.
Ən çox sərnişin yanvar ayının 10-da (710 min 773), ən az isə ayın 19-da (367 min 897) qeydə alınıb.
Yanvar ayı ərzində 3 milyon 679 min 201 sərnişin stansiyalara QR biletlə ödəniş edərək daxil olub. Bu isə bütün ödənişli sərnişinlərin 21.14 faizi deməkdir. Yanvar ayının 10-u QR biletdən ən çox istifadə edilən gündür – 150 min 111.
Ən çox QR bilet istifadəçiləri olan stansiyalar: “28 May” (343 min 990), “Koroğlu” (290 min 635) və “Gənclik” (285 min 131)