Bakı metropoliteninin Qırmızı və Yaşıl xətlərinin ayrılması layihəsinə start verilir. Layihə çərçivəsində ən vacib işlərdən olan “Dərnəgül” elektrik deposunun inşasına başlanması ilə əlaqədar media nümayəndələri üçün brifinq keçirilib.
Yol-xeber.az" xəbər verir ki, Brifinq çərçivəsində elektrik deposunun baş planı əsasında həyata keçiriləcək layihələr haqda ətraflı məlumat verilib.
“Bakı Metropoliteni” QSC-nin sədrinin müşaviri Emil Əhmədov, Tikinti layihələrinin idarə olunması departamentinin rəis müavini Məmməd Rzayev və Strateji inkişaf departamentinin rəisi Nərgiz Mustafayeva çıxış edərək, 2025–2030-cu illər üçün Dövlət Proqramı əsasında Bakı metropoliteni tərəfindən həyata keçiriləcək infrastruktur layihələrindən, görüləcək işlərin müsbət nəticələrdən danışıb, media nümayəndələrinin suallarını cavablandırıblar.
Brifinqin sonunda media təmsilçiləri depo ərazisi ilə yaxından tanış olub.