Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə elektron kommersiya xidmətləri ilə məşğul olan portallar üçün yeni imkan yaradıb. Bankın kartlarından istifadə etməklə bu portallar üzərindən onlayn sifarişləri indi daha tez, rahat və təhlükəsiz şəkildə yerinə yetirmək mümkündür.

Axar.az xəbər verir ki, bu xidmətə qoşulan portalların daimi istifadəçiləri öz kart məlumatlarını sistemə daxil edir və yaddaşda saxlayır. Ondan sonra hər dəfə onlayn sifarişlər zamanı ödənişi əlavə vaxt sərf etmədən, cəmi bircə toxunuşla yerinə yetirmək mümkün olur.

Kart hesablarının təhlükəsizliyi beynəlxalq ödəniş sistemlərinin müəyyən etdiyi tələb və standartlar səviyyəsində qorunur. Hər ödəniş zamanı müştərinin mobil telefonuna 3D təhlükəsizlik kodu göndərilir. Əməliyyat yalnız kod daxil edildikdən sonra başa çatdırılır. Bu da kart hesablarını hər hansı arzuolunmaz hallardan tam sığortalayır.

Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu xidmətə ilk olaraq iticket.az portalı qoşulub. Bu xidmət digər potensial tərəfdaşlar üçün də açıqdır. Belə ki, ölkədə elektron xidmətlər göstərən istənilən təsərrüfat subyekti Azərbaycan Beynəlxalq Bankının təqdim etdiyi bu imkandan yararlana bilər. Ölkəmizdə elektron kommersiya fəaliyyəti göstərən bütün təsərrüfat subyektləri bu sistemə qoşulmaqla öz elektron ticarət portallarını daha da inkişaf etdirə bilər.

Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə ən böyük ATM şəbəkəsinə malik olan və ən çox sayda beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. Bankın müxtəlif çeşiddə plastik kartlarını bu linkdən onlayn sifariş vermək mümkündür: https://www.ibar.az/az/individual/plastic-cards/

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.

18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
18 Aprel 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı
12 Aprel 2025 Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Son görüntülər
11 Aprel 2025 İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək
10 Aprel 2025 Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir açıqlama
08 Aprel 2025 Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
07 Aprel 2025 “Dərnəgül” elektrik deposunun inşasına başlanılıb
07 Aprel 2025 Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 Aprel 2025 Kərə yağı bahalaşdı - AÇIQLAMA
05 Aprel 2025 Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri
04 Aprel 2025 Müasir və rahat “Stadler” FLIRT qatarı Bakı-Qəbələ-Bakı marşrutunda!
04 Aprel 2025 ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?
03 Aprel 2025 Kirayə mənzillərin satışa çıxarılması əmlak bazarında qiymətləri qaldırır?
02 Aprel 2025 ADY Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırdı
01 Aprel 2025 Türkiyə və Azərbaycanın Yeni Dəmir Yolu Körpüsü: Qars-İğdır-Naxçıvan Xətti İlə 85 Dəqiqəyə Birlik
01 Aprel 2025 ADY bir sıra stansiyalarda yeniliklər etdi: Daha çox turniket, daha az növbə
31 Mart 2025 Qızılın qiyməti yenidən tarixi maksimumu yeniləyib

Xəbər lenti