|
15,5 ton pomidorun Azərbaycandan Rusiyanın Dağıstan Respublikasına idxalına icazə verilməməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə sözügedən ölkənin müvafiq qurumundan rəsmi məlumat daxil olmayıb.
Bu sözləri Axar.az-a AQTA-nın mətbuat katibi Aysel Fərziyeva deyib.
O, həmin məlumatın doğruluğunun dəqiqləşdirilməsi istiqamətində araşdırmaya başladıqlarını bildirib.
Qeyd edək ki, Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor”) Azərbaycandan Rusiyaya aparılan 15,5 ton pomidoru ölkəyə buraxmadığı baradə məlumat yayıb. Laboratoriyanın rəyinə əsasən, Azərbaycandan gətirilən məhsulda zərərli güvə aşkar edildiyinə görə məhsulun geri qaytarılması barədə qərar qəbul edilib.