Azərbaycan Rusiyaya avtomobil ixrac etməyə hazırlaşır

Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən "Khazar Avtomobil Zavodu"nun istehsalı olan 10 ədəd "Khazar SD" markalı minik avtomobili yaxın vaxtlarda "Made in Azerbaijan" brendi ilə Rusiyaya ixrac ediləcək. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov Təbriz Ticarət Palatasının üzvləri ilə görüş çərçivəsində bildirib.

Xatırladaq ki, sözügedən zavod Neftçala Sənaye Məhəlləsinin ən böyük rezidentidir. Onu "Azərmaş” ASC və “İran Khodro” şirkəti, birgə müəssisənin yaradılması haqqında 2016-cı ilin avqust ayında imzalanmış sazişə uyğun olaraq yaradıb. Obyekt bu il martın 29-da, iki ölkə prezidentinin iştirakı ilə istifadəyə verilib. Dəyəri 15 milyon ABŞ dolları olan layihədə Azərbaycnan tərəfi 75%, İran tərəfi isə 25% paya malikdir.

Zavodun illik istehsal gücü 10 min avtomobildir. Müasir texnologiyalar, avadanlıq və mexanizmlər əsasında qurulan zavodda “Runna”, “Samand”, “Soren”, “Dena”, “Peugeot-206”, “Peugeot-207”, “Renault-Tondar”, “Renault-Pickup” kimi avtomobil modelləri istehsal ediləcək.

Zavodda istehsal olunan avtomobillər "Avro-5" və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur.

Müəssisədə 200 iş yeri var, istehsalın genişləndirilməsi sayəsində bu rəqəmin 300-ə çatdırılması planlaşdırılır.

18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
18 Aprel 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı
12 Aprel 2025 Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Son görüntülər
11 Aprel 2025 İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək
10 Aprel 2025 Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir açıqlama
08 Aprel 2025 Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
07 Aprel 2025 “Dərnəgül” elektrik deposunun inşasına başlanılıb
07 Aprel 2025 Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 Aprel 2025 Kərə yağı bahalaşdı - AÇIQLAMA
05 Aprel 2025 Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri
04 Aprel 2025 Müasir və rahat “Stadler” FLIRT qatarı Bakı-Qəbələ-Bakı marşrutunda!
04 Aprel 2025 ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?
03 Aprel 2025 Kirayə mənzillərin satışa çıxarılması əmlak bazarında qiymətləri qaldırır?
02 Aprel 2025 ADY Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırdı
01 Aprel 2025 Türkiyə və Azərbaycanın Yeni Dəmir Yolu Körpüsü: Qars-İğdır-Naxçıvan Xətti İlə 85 Dəqiqəyə Birlik
01 Aprel 2025 ADY bir sıra stansiyalarda yeniliklər etdi: Daha çox turniket, daha az növbə
31 Mart 2025 Qızılın qiyməti yenidən tarixi maksimumu yeniləyib

Xəbər lenti